Məşhur idmançı fahişəliklə məşğul olur – FOTO
Bizi izləyin

İdman

Məşhur idmançı fahişəliklə məşğul olur – FOTO

Məşhur idmançı fahişəliklə məşğul olur – FOTO

2003-cü ildə gimnastika üzrə gənclər arasında Avropa çempionatında gümüş medal qazanmış məşhur gimnast Florika Leonidanın yeni peşəsi ölkədə böyük qalmaqal yaradıb.

Publika.az xəbər verir ki, Rumıniyanın ən məşhur idmançılarından biri indi zəngin müştərilərə "xidmət" göstərməklə, fahişəliklə məşğuldur.

27 yaşlı Florikanın dediyinə görə, idmanla müqayisədə yeni peşəsində daha çox pul qazanır.

Florika Leonida Almaniyada "Saşa Braun" ləqəbi ilə "işləyir" və bir gecəlik "eşq" üçün müştəridən 1500 avro alır.

"2003-cü ildəki Avropa çempionatında gümüş medal qazanandan sonra karyeram sürətlə inkişaf etdi. Amma gimnastikada uğurlarıma rəğmən, pula kəskin ehtiyacım vardı. Ona görə də pullu müştərilərlə gecələr birlikdə oluram. Qazandığım pulun yarısını Rumıniyadakı ailəmə, yarısını da burada, Almaniyada pal-paltara və kosmetikaya xərcləyirəm. İşimə görə də əsla utanmıram",– Florika Leonida deyib.

Sabiq gimnastın dediyinə görə, Almaniya ilə yanaşı, Avstriyanın paytaxtı Vyanadakı "Crazy Sun" bordelində də "çalışır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm