Ünal Aysal Mançininin gediş səbəbini açıqladı
Bizi izləyin

İdman

Ünal Aysal Mançininin gediş səbəbini açıqladı

"Dünən Roberto Mançini ilə görüşdük. Mən öz şərtlərimi ortaya qoydum. Dedim ki, başımın üstündə iki "qılınc" var. Biri UEFA-dı. Bu mövsüm futbol şöbəsinin xərclərini 90 milyon avroya sala bilməsəm, ağır cəza verəcək. İkinciisi isə TFF-di. Çünki 5 əcnəbi l

"Dünən Roberto Mançini ilə görüşdük. Mən öz şərtlərimi ortaya qoydum. Dedim ki, başımın üstündə iki "qılınc" var. Biri UEFA-dı. Bu mövsüm futbol şöbəsinin xərclərini 90 milyon avroya sala bilməsəm, ağır cəza verəcək. İkinciisi isə TFF-di. Çünki 5 əcnəbi limitini qoyub. Hazırda 12 legionerimiz var. Onlardan bəzisi ilə yollarımızı ayırmadan transfer edə bilmərik". Bu sözləri "Qalatasaray"ın prezidenti Ünal Aysal deyib.

Prezident italyan baş məşqçisinin istefaya göndərilməsinin səbəbini açıqlayıb: "Mən şərtlərimi dedim. Mançini də "Bu heyət Super Liqa üçün yetərlidi. Amma Çempionlar Liqasında ilk "səkkizliy"ə düşmək üçün 3 əcnəbi fuktbolçu almalıyıq" dedi. Dünənki görüşdə şərtlərimizin uyğun gəlmədiyini anladıq. Gecə düşünüb, bu gün yenidən görüşmək üçün şərtləşdik. Bu günkü görüşdə də müqaviləni qarşılıqlı razılıq əsasında pozmaq qərarına gəldik. Bu səbəbdən Mançiniyə heç bir təzminat ödənməyəcək".

Aysal yeni baş məşqçinin kimliyi ilə bağlı suala belə cavab verib: "Mançini ilə yollarımızı 1 saat əvvəl ayırdıq. Həmin dəqiqə yerinə kimisə gətirməyi gözləməyin. Artıq fəaliyytə başlamışıq. Yeni baş məşqçinin adı yəqin ki, bazar ertəsi açıqlanar. Mirça Luçeskunun adını hallandırırlar. Onun "Şaxtyor"la bir illik müqaviləsi var. Gəlməz. Mustafa Dənizli çox dəyərli bir futbol müətəxəssisidi. Amma dəqiq deyirəm ki, yeni baş məşqçi türk olmayacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm