Bir ay yatmaq qadağandır!
Bizi izləyin

İdman

Bir ay yatmaq qadağandır!

Bir ay yatmaq qadağandır!

Bu gün hər kəsin səbirsizliklə gözlədiyi futbol üzrə XX dünya çempionatı başlayır.

Publika.az xəbər verir ki, Braziliyanın ev sahibliyi etdiyi mundial bu gün Bakı vaxtı ilə gecə saat 01.00-da A qrupunun Braziliya - Xorvatiya oyunu ilə start götürəcək. Mütəxəssislər iddia edir ki, "sambaçılar"ın bu matçda işi heç də asan olmayacaq. Çünki bir yandan yerli azarkeşlərin qələbə istəyi, digər yandan da bəzi braziliyalıların dünya çempionatına ev sahibliyi məsələsinə etirazlar futbolçulara psixoloji gərginlik yarada bilər.

Heç şübhəsiz ki, açılış oyununda əsas ümid bəslənilən futbolçuladan biri “Barselona”nın ulduzu Neymar olacaq. Dani Alveş, Marselo, Tiyaqo Silva, David Luiz , Halk kimi adlar da ev sahiblərinin qalibiyyətində böyük pay sahibi olmağa qadirdi.

Digər tərəfdə adı “Barsa” ilə hallanan İvan Rakitiç, “Real”Madridin əsas heyət üzvlərindən olan Luka Modriç kimi futbolçular da Xorvatiya millisində yer alırlar.

DÇ-2014

Qrup mərhələsi

A qrupu

01.00 Braziliya- Xorvatiya

Hakimlər: Yuişi Nişimura, Toru Saqara, Toşiyuki Naqi (Yaponiya), Əlirza Fəqani (İran).

San Paulo. "San Paulo Arena".

13 İyun

A qrupu

21:00. Meksika – Kamerun

B qrupu

00:00. İspaniya – Hollandiya (iyunun 13-dən 14-nə keçən gecə)

03:00. Çili – Avstraliya (iyunun 13-dən 14-nə keçən gecə).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm