Şam ağaclarının olduğu yer – Planetin ən təmiz məkanı – FOTOLAR
Bizi izləyin

İdman

Şam ağaclarının olduğu yer – Planetin ən təmiz məkanı – FOTOLAR

Şam ağaclarının olduğu yer – Planetin ən təmiz məkanı - FOTOLAR

Artıq bu gündən etibarən bütün dünyanın diqqəti Braziliyada keçiriləcək dünya çempionatına yönlənəcək. Publika.az da mundialla bağlı xəbərlərin yükünü artırıb. Artıq çempionatın keçiriləcəyi şəhərlərin təqdimatı da yekunlaşmaq üzrədi. Bu dəfə səyahətimiz Braziliyanın Kuritiba şəhərinə olacaq.

Kuritiba Braziliyanın yeddinci ən iri şəhəri hesab olunur. Yerli əhali isə əsasən, İtaliya, Almaniya, Avstriya-Macarıstan və Rusiya imperiyasının qərb bölgələrindən köçənlərin əcdadlarıdır. Dünya çempionatının keçirildiyi digər şəhərlərdən fərqli olaraq Kuritiba okean sularından 90 km uzaqlıqda yerləşir. “Şam ağaclarının olduğu yer” kimi tanınan Kuritiba planetin ekoloji cəhətdən ən təmiz şəhəridir. Bundan əlavə, şəhərdə həyat səviyyəsi yüksəkdir.

“Arena Bayşada” stadionu 1914-cü ildə inşa edilib. Stadion 40 min azarkeş qəbul etməyə hazırdır. Burada aşağıdakı oyunlar keçiriləcək:

16 iyun. İran-Nigeriya (F qrupu)

20 iyun. Honduras-Ekvador (E qrupu)

23 iyun. Avstraliya-İspaniya (B qrupu)

26 iyun. Əlcəzair-Rusiya (H qrupu)

Şəhərdə gözəllik və ekologiya vəhdət təşkil edir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm