DÇ-nin açılışında nələr olacaq?
Bizi izləyin

İdman

DÇ-nin açılışında nələr olacaq?

Bu gün dünya çempionatının rəsmi açılış mərasimi baş tutacaq. Mərasim Braziliya vaxtı ilə saat 15.15-də (Bakı vaxtı ilə saat 23.15) başlanacaq.

Yarışın Təşkilat Komitəsindən bildirilib ki, açılış mərasiminə cəmi 25 dəqiqə vaxt verilib.

Açılışdan sonra San-Pauludakı arenada çempionatın ilk oyunu baş tutacaq. Matç Braziliya – Xorvatiya milliləri arasındakeçiriləcək.

Açılış mərasimində rəsmi çıxışlar gözlənilmir. Proqramda FİFA prezidentinin çıxışı nəzərdə tutulmayıb, Braziliya prezidenti Dilma Rusefin isə ölkədəki sosial problemlər səbəbindən stadionda fitə basılacağından ehtiyat etdiyi üçün açılışa qatılmayacağı bildirilib.

Braziliya və Xorvatiya yığmaları arasında keçiriləcək matçdan əvvəl nəzərdə tutulan bu mərasimdə 600-dən çox rəqqas və sirk ustasının iştirak edəcəyi gözlənilir. Onlar azarkeşlərə bənzərsiz şou göstərmək üçün bir ay əvvəldən məşqlərə başlayıblar.

Artıq məlumdur ki, çempionatın rəsmi himnini olan “Biz həmrəyik” (We Are One) mahnısını Cenifer Lopes, reper Pitbull və braziliyalı müğənni Klaudiya Leytte birgə ifa edəcəklər.

Bundan əvvəl xəbər verilmişdi ki, Lopes açılış mərasimində iştirak etmək üçün Braziliyaya gələ bilməyəcək. Lakin müğənni bu məlumatı təkzib etmişdi.

Həmçinin açılış mərasimində amerikalı müğənni Beyons, “Beatles” qrupunun üzvü Pol Makkartni və dünya futbolunun canlı əfsanəsi Pelenin iştirakı gözlənilir. Onu da bildirək ki, topa ilk zərbəni aşağı ətrafları iflic olmuş uşaq vuracaq. Uşağın bunu edə bilməsi üçün onun əyninə istifadəçinin şüuru ilə nəzarət edilən xüsusi kostyum-robot geyindiriləcək.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm