Aziz Yıldırım Ərdoğana və Gülənə qarşı: “Atatürkçüyəm, bunun cəzasını çəkirəm”
Bizi izləyin

İdman

Aziz Yıldırım Ərdoğana və Gülənə qarşı: “Atatürkçüyəm, bunun cəzasını çəkirəm”

Aziz Yıldırım Ərdoğana və Gülənə qarşı: “Atatürkçüyəm, bunun cəzasını çəkirəm”

Türkiyə Ali Məhkəməsinin (Yarğıtay) həbsinə qərar verdiyi "Fənərbaxça"nın prezidenti Aziz Yıldırım "Posta" qəzetinə müsahibə verib. Publika.az müsahibəni qısa ixtisarla təqdim edir:

- Belə bir qərarı gözləyirdiniz?

- Təbii ki, gözləyirdim.

- “Yarğıtay bu qərarı pozar” deyə düşündünüz?

- Yox, elə bir gözləntim olmayıb. İctimaiyyət arasında belə bir fikir formalaşdırmaq istəyirdilər, amma mən həbsimə qərar veriləcəyini düşünürdüm.

- Fransadan dönərkən hava limanına enəndə nələr hiss etdiniz?

- Xoşbəxt oldum, duyğulandım. Bunun səbəbi 16 ildi "Fənərbaxça"da gördüyüm işlərdi. Baxın, bu salonu (Fənərbaxça Ülker Arena) mən tikdirmişəm. Stadion tikdirmişik, Samandıra bazasını inşa etdirmişik, yaxşı komanda qurmuşuq. İnsanlar bunu gördükləri üçün bizi dəstəkləyirlər.

- İlk gündən sizə qarşı oyun qurduqlarını bildirirsiniz. Niyə bu qədər əminsiniz?

- Mən oyun alıb-almadığımı bilmirəm? Oyun alverində əlim olsaydı, bu qədər ayaqda qala bilərdim? Hər şey əvvəlcədən planlaşdırılmış oyundu. "Emenike pul saydı" deyirlər, amma görüntü yoxdu. Sivasa pul göndərildi deyirlər, heç bir sübut yoxdu. Sübutsuz iddianamə hazırlayırlar. 19 matç deyirdilər, sonra 6-ya endirdilər. Bunu edənlərin hamısı istefa verməli idi. İttiham irəli sürən bunu sübut etməlidi. “Oyun alveri etdin” deyirlər, amma sübut edə bilmirlər. Oturub mənim etmədiyimi sübut eləməyimi gözləyirlər. Belə axmaqlıq olar? "Bu pulu burdan götürdün, bura qoydun, al bu da görüntü" deməlidilər. Hanı? Mən heç kimə pul verməmişəm. İddianamədə pulun Ahmet Çelebi, Bülent İşçan vasitəsi ilə verildiyi deyilir. Yarğıtay qərarında isə başqa bir isim yazılır. Məhkəmədəki adlar Yarğıtayda dəyişdirilir. Bu necə hüquqdu, ədalətdi? Biz kimə güvənməliyik?

- Bəs hədəf nədi?

- Hədəfdə mən yoxam, "Fənərbaxça" klubu var. Mən "Fənərbaxça"nın prezidenti olduğum üçün hədəfə alındım. Heç bir zaman nə hökumətin, nə "camaat"ın (Fətullah Gülən camaatı - red.) tərəfində olmamışam. Atatürk ideyalarına bağlı, Cumhuriyyət dəyərlərinə, dünyəviliyə inanan insanam. Bunlara yanaşmadığım, bunlarla birlikdə olmadığım üçün hədəfdəyəm. 16 il prezidentlik etmişəm. Bir tenderdə qalib olmuşam? Prezidentliyim dövründə hər hansı qara işimlə bağlı bir kəlmə deyə bilərsən? Yox, çünki qara işlərlə məşğul olmamışam. Bəs nə baş verir? Mənim tərəfim bəllidi. Atatürkçüyəm, Cumburiyyətçiyəm, dünyəviliyə inanıram və bunun cəzasını çəkirəm.

- Kim cəza verir?

- Onu da siz tapın

- Vəkilləriniz nə deyir? Nə qədər cəza alacaqsınız?

- 26-28 ay arası.

- Yenidən məhkəmə qarşısına çıxmaq ehtimalınız var?

- Ədalətli istintaq olacaqsa, biz varıq. Bunun xaricində əfv-məfv istəmirəm. Ədalətli istintaq istəyirəm. Mənim belə ümidim yoxdu. Allah bu ölkəyə yardım etsin.

- Mahmut Uslu "Baş nazir yenidən istintaq qarantisi verdi" deyib...

- Yox, bu Mahmut bəyin sözü deyil. Onunla görüşdə baş nazir bu məsələlərdən danışmadı.

- Ailənizdə vəziyyət necədi?

- Hər kəs hara getdiyimizi, nələrin olacağını bilir. Buna görə rahatıq.

- "Fənərbaxça"da nələr olacaq?

- "Fənərbaxça" Türkiyənin ən önəmli qalasıdı. Bir şey olmaz, hər şey həll edilər.

- “Cammat”ı hədəfə alan bir açıqlamanız oldu. Lakin sonradan düzəliş etdiniz. Niyə?

- Mənim açıqlamamda düzəliş yox idi. Deyirəm ki, bu olay belə başladı: “Camaat”la hökumət qol-qola idi. 2011-də bizə edilənlərin arxasında “camaat” var idi. Hökumətin xəbəri var idi, ya yox, bunu bilmirəm. Xəbəri var idisə, buna göz yumdular, icazə verdilər. Sonra proseslər davam etdi. 16-cı Ağır Cəza Məhkəməsi baxdı işimizə. Bu məhkəmə baş nazirin dediyi "paralel dövlət"ə bağlıdı, yoxsa Türkiyə Cumhuriyyətinə? Bunu mən bilmirəm. Bəs kim bilr? Hökumət. Sonra iş Yarğıtaya getdi. Bu məhkəmə kimə bağlıdı: hökumətə, yoxsa “camaat”a? Bunu baş nazir bilir. Çıxıb aydınlıq gətirsinlər. Mənim fikir bildirməyim düz olmaz. Amma baz nazir nə deyir? “Bütün bu əməliyyatları” “camaat” həyata keçirib”. Mənim şübhələrim var. Hər şeyi bir nəfərin üstünə yıxma. Mən tək bir yeri suçlamıram. Başlanğıc üçün ittiham edirəm. Deyirəm ki, bu əməliyyatı “camaat” hazırladı və hökumət də günahkardı.

Bunu ilk dəfə burda açıqlayıram. Noyabrın 25-də "Samanyolu"na rəhbərlik edən Hidayet Karaca yanıma gəldi. Birlikdə səhər yeməyi yedik. Yanımda Mahmut Uslu da var idi. Həmçinin TFF-nin bir hüquqşünası və bir iş adamı. Dedilər ki, "Şükrü Saracoğlu" stadionunda türkcə olimpiadanın keçirilməsini istəyirlər. Mən də stadionun qazonunu dəyişdirəcəyimizi və 1-2 ay sonra buna cavab verə biləcəyimizi dedim. Deyirlər ki, Aziz Yıldırım Fətullah Gülənlə görüşdü. Mənim belə bir görüşüm olmayıb.

- Fransadan Türkiyəyə niyə qayıtdınız? Qaçmaq gəlmədi ağlınıza?

- Mən bir il həbsdə niyə yatdım? Niyə o qədər bağırdıq-çığırdıq? Bu gün mənim haqlı olduğum aydınlaşmadımı? Baş nazir deyir ki, hamısı tələdi? Bizə də tələ qurdular. Meydanda alver yoxdusa, çöldə necə ola bilər? Sən Emenikeyə bəraət verirsən, mənə cəza. Mən haqlı olduğum üçün, bu məmləkət üçün gəldim. Özümə görə gəlmədim. Qorxmadığımı görmələrini istədim. Bir gün bunu edənlər cavab verəcəklər. 10 ildən, 20 ildən sonra da olsa, cavab verməli olacaqlar.

- Həbsxanaya girməyə hazırsınız?

- O asandı, nə olacaq ki? Rahatam. Mənim idealım var. 62 yaşındayam. 16 il bu klubu inancıma görə heç bir siyasi partiyaya daxil etmədim. Nə AKP, nə CHP, nə də MHP-yə. 16 il Atatürkün yolu ilə getdik. Mən həbsdə yatmağa hazıram. Buna görə gəldim. Qorxmuram. Bir gün əlbətdə azadlığa çıxacam.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm