Tehrandan gələn bürünc- FOTOLAR
Bizi izləyin

İdman

Tehrandan gələn bürünc- FOTOLAR

İranın paytaxtı Tehranda yunan-roma güləşi üzrə 34-cü “Yadigar İmam Kuboku” Beynəlxalq turniri davam edir

İranın paytaxtı Tehranda yunan-roma güləşi üzrə 34-cü “Yadigar İmam Kuboku” Beynəlxalq turniri davam edir.

Publika.Az-ın Güləş federasiyasından aldığı məlumata görə, yarışda Azərbaycan, İran, İraq, Türkiyə, Koreya Xalq Demokratik Respublikası, Yaponiya, Gürcüstan, Macarıstan, İsveç və Ermənistandan olan pəhləvanlar mübarizə aparırlar.

İlk yarış günündə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində yarışan güləşçilər xalça üzərinə çıxıb. Yığmamızın heyətində Elman Muxtarov (59 kq), Hacımurad Bağmanov (71 kq), Elvin Mürsəliyev (80 kq) və Araz Həsənov (98 kq) mübarizə aparıb.

Azərbaycan idmançılarından yalnız Elman Muxtarov (59 kq) mükafatçılar sırasında yer alıb. Güləşçimiz bürünc medal uğrunda mübarizədə yerli idmançı Museyib Əkbərini üstələyib.

Elvin Mürsəliyev (80 kq) və Araz Həsənov (98 kq) yarışı 5-ci sırada tamamlayıb. Hacımurad Bağmanovun (71 kq) rəqibi finala çıxmadığından, o, təsəlliverici görüşlərə qatılmaq imkanını itirib.

Qeyd edək ki, bir müddət əvvəl FİLA çəki dərəcələrində dəyişikliklər edib və güləşçilərimiz ilk dəfə olaraq yeni çəki dərəcələrində qüvvələrini sınayırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm