• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Azərbaycanda ən bahalı alış-veriş – 3 milyon

  • İdman
  • 13 İyun 2014 15:04
  • 1 033 Baxış
Azərbaycanda ən bahalı alış-veriş  – 3 milyon

Azərbaycan Premyer Liqasında klublar transfer çalışmalarını davam etdirir. Artıq bəzi elita təmsilçiləri heyətinə bir neçə futbolçu cəlb edib.

Publika.az xəbər verir ki, transfermarkt.de saytının bu futbolçulara qoyduğu qiymətlərə görə, hələlik ən bahalı transfer Danilo Diasdır. “Qarabağ”ın Portuqaliyanın “Maritimo” klubundan aldığı hücumçunun dəyəri 3 milyon avrodur.

İkinci pillənin sahibi "Neftçi"nin "Vasluy"dan transfer etdiyi Kaue Sesilio da Silvadır. Onun keçidinin qiyməti 1,4 milyon avro dəyərindədir. 3-cü pillədə isə Elvin Məmmədovun adı var. "İnter"in "Bakı"dan transfer etdiyi oyunçunun 400 min avro qiyməti var.

Danilo Dias - “Maritimo” -> “Qarabağ” - 3 000 000

Kaue - “Vasluy” -> “Neftçi” - 1mln 400 000

Elvin Məmmədov – “Bakı” -> “İnter” – 400 000

Rəşad Sadiqov - “Neftçi” -> “Xəzər Lənkəran” – 250 000

Mirzağa Hüseynpur - “Sumqayıt” -> “İnter” - 250 000

Slavik Alxasov - “Xəzər Lənkəran” -> “Neftçi” – 250 000

Ruslan Əmircanov - “İnter” -> “Qəbələ” – 200 000

Ramazan Abbasov - “Rəvan” -> “Sumqayıt” - 150.000

Tərlan Quliyev - “Neftçi” -> “Qarabağ” - 125 000

Aqil Nəbiyev - “Rəvan” – “Sumqayıt” - 100 000

Qərib İbrahimov - AZAL -> “Araz” - 100 000

Samir Zərgərov - “İnter” -> “Simurq” - 50 000

Emin Cəfərquliyev - AZAL -> “Araz” - 50 000

Tagim Novruzov - “Simurq” -> “Sumqayıt” - qiymətsiz

Ruslan Poladov - “Simurq” -> “Sumqayıt “- qiymətsiz

Asif Mirili - “İnter” -> AZAL - qiymətsiz

Aygün

Xəbər lenti

DAHA ÇOX XƏBƏR