Mənzil hədiyyə edilən dünya çempionu DANIŞDI
Bizi izləyin

İdman

Mənzil hədiyyə edilən dünya çempionu DANIŞDI

Mənzil hədiyyə edilən dünya çempionu DANIŞDI

Azərbaycan Milli Karate Federasiyasının baş sponsoru Azərbaycan Beynəlxalq Bankı İdarə heyətinin sədri Cahangir Hacıyev federasiya rəhbərliyini, eləcə də əsas milli komandanın üzvlərini qəbul edib.

Millinin qəbuldakı üzvləri mayın ilk günlərində Finlandiyanın Tampere şəhərində komandalar arasında Avropa çempionu və fərdi yarışların mükafatçıları olan idmançılardı.

Qitə çempionatında milli komandanın kapitanı və gümüş mükafatçı Şahin Atamova (+84 kq) 2 otaqlı mənzil hədiyyə edilib. Bundan başqa komanda yarışlarında Avropa çempionu olan milli komandamızın baş məşqçisi Rəhman Hətəmova, onun köməkçisi Rəşad Hüseynova, fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədova, böyük məşqçi Şahin Xudaverdiyevə, idmançılar Şahin Atamov, Niyazi Əliyev, Asiman Qurbanlı, Ayxan Mamayev, Rafiz Həsənov və Tural Ağalarzadəyə, Nuranə Əliyevaya, həmçinin peşəkar fəaliyyətə görə Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmova pul mükafatları təqdim edilib.

2 otaqlı mənzil hədiyyə edilən dünya çempionu Şahin Atamov təəssüratlarını Publika.az-la bölüşdü: “Bildiyiniz kimi, son Avropa Çempionatının nəticəsi ilə bağlı bizim Karate Federasiyasının sponsoru Azərbaycan Beynəlxalq Bankı İdarə heyətinin sədri Cahangir Hacıyev milli komandani qəbul etdi. Bu zaman o, idmançıları mükafatlandırdı. Məni evlə digərlərini isə pul mükafatı ilə. Təbii ki, bu sevindirici haldır. Buna görə çox təşəkkür edirəm.

Cahangir müəllim görüş zamanı gələcək planlardan da danışdı. Bununla da bizi daha da ümidləndirdi ki, qarşıdan gələn dünya çempionatında və ən əsası Avropa Olimpiya oyunlarında daha da yüksək nəticələr əldə edək. İnşallah, qarşıdakı yarışlarda da yaxşı nəticələr əldə edərik”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm