Hollandlar ispanları 5:1 əzdi - VİDEO
Bizi izləyin

İdman

Hollandlar ispanları 5:1 əzdi - VİDEO

Braziliyada startı verilən dünya çempionatı davam edir. Bu gecə azarkeşlər daha 3 oyun izləyə biləcək.

Braziliyada startı verilən dünya çempionatı davam edir. Bu gecə A və B qruplarında oyunlar keçirilir.

B qrupunda Meksika Kamerunla qarşılaşıb və 1:0 hesabı ilə yenib (bu barədə başqa xəbərdə daha ətraflı oxu).

Günün əsas oyunu B qrupu çərçivəsində keçirilib. Belə ki, İspaniya və Hollandiya milliləri qarşı-qarşıya gəlib. Bu komandalar DÇ-2010-un finalında qarşılaşıb. Həmin vaxt ispanlar Andres İnyestanın qolu ilə qələbə qazanaraq, dünya çempionu olmuşdu. Bu dəfə isə Hollandiya intiqamını artıqlaması ilə alıb. Belə ki, oyun "narıncılar"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. 27-ci dəqiqədə Xabi Alonso hesabı açıb. Bundan sonra özünə gələn Hollandiya 44-cü dəqiqədə Robin van Persinin qolu ilə bərabərliyi bərpa edib. 53-cü dəqiqədə Aryen Robben hollandları hesabda önə keçirib. 64-cü dəqiqədə Stefan de Vrij fərqlənib. 8 dəqiqə sonra van Persi, 80-ci dəqiqədə isə Robben dublunu rəsmiləşdirib.

DÇ-2014

Qrup mərhələsi

B qrupu

İspaniya - Hollandiya 1:5

Qollar: Xabi Alonso, 27-pen - Robin van Persi, 44; 72. Aryen Robben, 53; 80. Stefan de Vrij, 64.

İspaniya: İker Kasilyas, Cerard Pike, Serxio Ramos, Jordi Alba, Sezar Azpilikueta, Andres İnyesta, Xavi Hernandes, Xabi Alonso (Pedro Rodriges, 63), Serxio Buskets, David Silva (Kesk Fabreqas, 78), Dieqo Kosta (Fernando Torres, 63).

Ehtiyat oyunçular: David de Gea, Pepe Reyna, Raul Albiol, Xavi Martines, Xuanfran, Xuan Mata, Koke, Santi Kazorla, David Vilya.

Baş məşqçi: Visente del Boske.

Hollandiya: Casper Killessen, Ron Vlaar, Stefan de Vrij (Coel Veltman, 77), Bruno Martins, Daley Blind, Daril Canmaat, Nigel de Yonq, Conatan de Quzman (Qeorqinio Viynaldum, 62), Uesli Sneyder, Aryen Robben, Robin van Persi (Jeremain Lens, 80).

Ehtiyat oyunçular: Mişel Vorm, Tim Krul, Paul Verhaeq, Terense Konqolo, Yordi Klasie, Leroy Fer, Dirk Kuyt, Klaas-Jan Huntelaar, Mempis Depay.

Baş məşqçi: Luis van Qaal.

Sarı vərəqələr: İker Kasilyas, 70 - Conatan de Quzman, 26. Stefan de Vrij, 41. Robin van Persi, 66.

Hakimlər: Nikola Rizzoli, Renato Faverani, Andrea Stefani (İtaliya), Svein Oddvar Moen (Norveç).

Salvador. "Arena Fonte Nova"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm