Rus idmançı Azərbaycanda çempion oldu
Bizi izləyin

İdman

Rus idmançı Azərbaycanda çempion oldu

Rusiyalı gimnast İrina Annenkova Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında ikiqat çempion adını qazanıb.

Rusiyalı gimnast İrina Annenkova Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında ikiqat çempion adını qazanıb.

Rusiyalı idmançı lentlə tapşırıqda hakimlərdən 15.816 bal toplayaraq ikinci qızıl medala sahib çıxıb.

Gümüş medala isə hesabında 15.750 bal olan ukraynalı Valeriya Xanina layiq görülüb.

İsrail təmsilçisi Linor Aşram 15.650 balla üçüncü yerə çıxıb.

Azərbaycan gimnastı Jalə Piriyeva isə 14.233 balla səkkizinci olub. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm