Bakıda daha bir beynəlxalq turnir başladı
Bizi izləyin

İdman

Bakıda daha bir beynəlxalq turnir başladı

Bakıda daha bir beynəlxalq turnir başladı

İyunun 16-da Bakıda, “Şəfa” stadionunda yeniyetmələr arasında Azərbaycan Beynəlxalq Bankının təsis etdiyi “IBA Cup” III Beynəlxalq futbol turniri başlayıb.

Turnirin birinci turu çərçivəsində artıq iki oyun keçirilib. AzərTAc yaydığı xəbərə görə, Bakının “İnter” komandası Almaniyanın “Ayntraxt” kollektivi ilə qarşılaşıb və komandamız 5:2 hesabı ilə uduzub.

“Karpatı” (Ukrayna) və “Partizan” (Serbiya) komandalarının qarşılaşmasında isə serblər 2:1 hesabı ilə qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm