• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Alman maşını portuqalları əzdi: 4:0

  • İdman
  • 16 İyun 2014 21:18
  • 651 Baxış
Alman maşını portuqalları əzdi: 4:0

Bu gün Almaniya millisi ilə oyundakı (0:4) uğursuzluq Portuqaliya millisinin dünya çempionatları tarixində ilk ən acınacaqlı məğlubiyyəti olub.

DÇ-lərin final mərhələləri tarixində bu gün almanlarla oyuna qədər 23 matça çıxan portuqaliyalılar səkkiz qarşılaşma uduzmuşdular. Bunlardan ikisində onlar iki, digər altı oyunda isə bir top fərqiylə məğlubiyyətə uğramışdılar.

Portuqaliyalıların iki top fərqi ilə uduzduğu matçlar 1986 (Mərakeş, qrup mərhələsi – 1:3) və 2006-cı il (Almaniya, üçüncü yer uğrunda oyun – 1:3) dünya çempionatlarına təsadüf edib.

Beləliklə, bugünkü 0:4 hesablı yenilgi Portuqaliya futbolu tarixində dünya çempionatlarında ən ağır məğlubiyyət olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR