Ulduz futbolçu evləndi – Prezidentdən fantastik hədiyyə – FOTOLAR
Bizi izləyin

İdman

Ulduz futbolçu evləndi – Prezidentdən fantastik hədiyyə – FOTOLAR

Ulduz futbolçu evləndi – Prezidentdən fantastik hədiyyə - FOTOLAR

“Qalatasaray”ın və Türkiyə millisinin hücumçusu Burak Yılmazın toyu olub.

Publika.az xəbər verir ki, Antalyada İstem Atilla ilə nikah bağlayan futbolçunu Rəcəb Tayyib Ərdoğan da təbrik edib.

Telefonla təbrikini çatdıran baş nazir futbolçuya arzusunu da bildirib:

“3 uşağınız dünyaya gəlsin”.

Toy mərasimində Türkiyənin məşhur simaları və futbolçuları da iştirak edib.

Futbolçuya ən bahalı hədiyyəni Ünal Aysal göndərib. “Qalatasaray”ın prezidenti komandasının liderinin xanımına briliantlarla bəzədilmiş üzük, boyunbağı və sırğa bağışlayıb.

Burak mərasimdə belə deyib:

“Həyatımın ən mənalı qolunu vurdum. Həyat yoldaşıma mənə yenidən bu şansı verdiyi üçün təşəkkür edirəm”.

Nikah mərasimindən sonra cütlük göyərçin uçurdub. İstem Yılmazın uşaqlıq sevgisidi. Onlar 2009-cu ildə ailə qurmağa hazırlaşsalar da, toydan cəmi 1 gün qabaq dava edərək ayrılmışdılar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm