• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Dünya çempionatı ilə bağlı qalmaqallı açıqlama

  • İdman
  • 17 İyun 2014 12:37
  • 974 Baxış
Dünya çempionatı ilə bağlı qalmaqallı açıqlama

Bolqarıstan futbolunun canlı əfsanəsi Xristo Stoiçkov Braziliya millisi haqda açıqlama verib.

Publika.az xəbər verir ki, onun açıqlaması mətbuatda da sensasiya yaradıb. Keçmiş futbolçusu bildirib ki, Braziliya FİFA-nın dəstəyi ilə dünya çempionu ola bilər: “Braziliya millisinin mundialdakı uğuru daha çox FİFA prezidenti Yozef Blatterin iradəsindən asılıdı. Hər şey onun əlindədir. Amma bu, doğru deyil.

Gəlin, Braziliyanın iştirakı ilə qrupun ilk oyununda Xorvatiyanın qapısına təyin olunan penaltini xatırlayaq. FİFA-nın bu hadisələrdə əli var və hamımız bunu yaxşı bilirik. Amma Braziliyanın finala çıxmaq üçün belə dəstəyə ehtiyacı yoxdur”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR