Braziliya ilə Meksikanın qarşıdurmasına türk nəzarəti
Bizi izləyin

İdman

Braziliya ilə Meksikanın qarşıdurmasına türk nəzarəti

Braziliya ilə Meksikanın qarşıdurmasına türk nəzarəti

Braziliyada dünya çempionatı davam edir.

Publika.az xəbər verir ki, bu gün qrup mərhələsinin I turuna yekun vurulacaq və II tur başlayacaq.

Saat 21.00-da H qrupunda mübarizə başlayacaq. Qrupun ilk matç Belçika və Əlcəzair arasında baş tutacaq.

Bundan sonra II tura start veriləcək. A qrupunda yer alan meydan sahibi Braziliya Meksikanı sınağa çəkəcək. Braziliya ilk turda Xorvatiyanı (3:1), Meksika Kamerunu (1:0) udub. Qarşılaşmanı Cüneyt Çakırın başçılıq etdiyi türk hakimlər briqadası idarə edəcək.

Saat 03.00-da isə H qrupunun ikinci matçı oynanılacaq. Bu dəfə şimal qonşumuz Rusiya Cənubi Asiya təmsilçisi Cənubi Koreya ilə münasibətlərini aydınlaşdıracaq.

DÇ-2014

Qrup mərhələsi

17-18 iyun

H qrupu

21.00 Belçika - Əlcəzair

Hakimlər: Marko Rodriges, Marvin Torrentera, Markos Quyntero (Meksika), Əlirza Fəqani (İran).

Belo Horizonte. "Myneyro Estadio".

A qrupu

00.00 Braziliya - Meksika

Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarik Ongün (Turkiyə), Svein Oddvar Moen (Norveç).

Fortaleza. "Estadio Kastelo".

H qrupu

03.00 Rusiya - Cənubi Koreya

Hakimlər: Nestor Pitana, Ernan Maydana, Xuan Pablo Belatti (Argentina), Roberto Moreno (Panama).

Kuyaba. "Pantanal Arena".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm