Millət vəkilinin açıq yazışması sosial şəbəkədə yayıldı - FOTO
Bizi izləyin

İdman

Millət vəkilinin açıq yazışması sosial şəbəkədə yayıldı - FOTO

Millət vəkilinin açıq yazışması sosial şəbəkədə yayıldı - FOTO

DÇ-nin G qrupunda mübarizə aparan ABŞ-ın Qana millisini 2:1 məğlub etdiyi matçda 2014-cü il dünya çempionatının ən erkən qolu vurulub.

Qolun müəllifi Amerika millisinin oyunçusu Dempsi olub. O, matçın 29-cu saniyəsində komandasına ilk qolu qazandırıb.

Bu qol dünya çempionatı tarixində 5-ci ən sürətli qol kimi qeydə alınıb.

Birincilik hələ də Hakan Şüküründür. Belə ki, 2002-ci ildə keçirilən DÇ-də – Türkiyə millisinin Cənubi Koreya ilə üçüncülük uğrunda baş tutan matçında onun 11-ci saniyədə vurduğu qol hələ də mundialın ən tez vurulan qolu kimi qəbul edilir.

Dempsinin qolundan sonra “twitter”də keçmiş “Beşiktaş”lı futbolçu Nihat Kahveci Hakan Şükürə öz rekordunu xatırladıb. Publika.az N.Kahveci və H.Şükür arasında baş tutan yazışmanı diqqətinizə çatdırır:

Nihat Kahveci: “Qıra bilməzsiniz Hakan Şükür qardaşımın rekordunu”.

Hakan Şükür: “Canım qardaşım Sağ ol ... Xeyirlisi, artıq bu gün də qurtulduq”.

Nihat Kahveci: “Hakan Şükür qardaşımı keçə bilməzlər heç bir zaman, sən təksən rahat ol, hörmətlər və salamlar”.

Hakan Şükürü: “Allah razı olsun qardaşım, sən də bizə qürurlar yaşadıbsan. Yolun açıq olsun ...”

Nihat Kahveci: “Amerika kimi bir komanda Hakan Şükür qardaşımın rekordunu qırsaydı yata bilməzdim. Çünki onlar futbolu yeni tanıyan bir ölkədir. Bizim ölkəmiz həmişə birincidir”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm