Rusiyaya azarkeşlik edən azərbaycanlı: “İşıqlar sönəndə oyunçuların yarısı yuxuladı”
Bizi izləyin

İdman

Rusiyaya azarkeşlik edən azərbaycanlı: “İşıqlar sönəndə oyunçuların yarısı yuxuladı”

Rusiyaya azarkeşlik edən azərbaycanlı: “İşıqlar sönəndə, oyunçuların yarısı yuxuladı”

Bu gün cənubi Koreya ilə qarşılaşacaq Rusiya Braziliyada ilk qarşılaşmasını 1998-ci ildə keçirib.

Həmin vaxt ruslar meydan sahibləri ilə üz-üzə gəlmiş və biabırçı hesabla məğlub olmuşdular – 1:5. Publika.az xəbər verir ki, həmin matçda oynamış Rusiya millisinin keçmiş futbolçusu, azərbaycanlı Ramiz Məmmədov mətbuata verdiyi müsahibədə Azərbaycan-Rusiya qarşılaşmasından da danışıb. Müsahibəni qısa ixtisarla təqdim edirik:

- Ramiz, payızda keçirilən Azərbaycan-Rusiya oyununa harada baxmısınız?

- Veteranlarla oynamaq üçün Bakıya getməli idim. Lakin zədə ucbatından gedə bilmədim. Moskvada qalıb barda dostlarımla baxdım.

- Kimə azarkeşlik edirdiniz?

- Əlbəttə Rusiyay. Başqa kimə ola bilərdi ki?

- Bəs Braziliyada azarkeşlik edəcəksinizmi?

- Hə, Braziliyaya dostlarımla yollanacam. Bizim veteran komandamız var. Və onun prezidenti Karasov bizi Rioya aparır. Belçika matçında Rusiya yığmasına azarkeşlik edəcəyik. Qrup mərhələsində bu oyun bizim üçün əsas olmalıdır.

- Kapello bacarıqlıdır?

- Bəlkə də. Ondan başqa heç kim millini dünya çempionatına apara bilməzdi.

- Hiddink, Advokat, Kapello...Yığmada yerli məşqçilərin vaxtı keçib?

- Xaricilərlə rahatdır, çünki onlar neytraldı. Rus məşqçisini götürək? Bəs kimi götürə bilərik?

- Siz ki, 1998-ci ildə Rusiya yığmasının tərkibində Braziliyaya qarşı oynamısız...

- 1:5 hesabı ilə uduzduq. Rusiya yığmasında oynayan yeganə birinci divizion klubunun təmsilçisi olmuşam. O zaman Tula “Arsenal”ında oynayırdım.

- Bütün oyunçular məzuniyyətdə olduğu və Braziliyaya getməyə heç kim tapılmadığı üçün sizi yığmaya çağırdılar?

- Belə demək olarsa, biz Braziliyaya məzuniyyətə getmişdik. Oyundan sonra orda qalıb dincəldik. Yığmada xarici çempionatda oynayan futbolçular yox idi.

- Onda bu nə yığma idi belə?

-Bışovtslə (o vaxt kı, baş məşqçi) getməyə razılıq verənlərdən ibarət eksperimental heyət.

- Nə üçün siz razılaşdınız?

- İstənilən baş məşqçi ilə getməyə hazır idim! Mənim heç kimlə münaqişəm yox idi.

- Matçın keçirildiyi Fortalezaya necə gedib çıxdınız?

- Səhv etmirəmsə 38 saatlıq uçuşdan sonra ora çatdıq. Oyuna 5 saat qalmış çatdıq. Tezliklə stadiona getdik. Orada isə dərhal işıqlar söndü. Beləliklə də, oyunçuların yarısı yuxuladı.

- Nə danışırsız!

- İndi gülürəm. Lakin o vaxtı bəzi oyunçular otun üstündə uzandı. Vaxt fərqi öz sözünü deyirdi. İşıqla bağlı problemlər aradan qaldırıldıqda sonra oyuna başladıq. Onlarda Kafu, Rivaldo daxil olmaqla hamısı oynayırdı.

- Bu, sizin karyeranızda komandanın köməksiz qaldığı yeganə matç idi?

- Belə şansız matç yeganə olub. Başqa belə bir oyun xatırlamıram.

- O matçda futbolçuların oyunları haqda şərhlərdə sizin soyadınızın qarşısında belə bir şərh vardı: ”Məmmədov digərlərindən daha az səhvə yol verdi”.

- Ola bilsin belədir. Mənim tapşırığım Denilsonun qarşısını almaq idi. O da öz növbəsində xüsusi bir şey eləmədi.

- Bəlkə, siz icazə vermədiniz?

- Hər halda, o, özünü ulduz saymırdı.

- İndiki Rusiya yığmasının Braziliyaya yolu daha asan oldu.

- Əlbəttə, onlar çarter reysi ilə gedib oraya. Və qrupdan çıxmağa məcburdurlar.

- Braziliya ilə oyuna necə baxırsınız?

- Braziliyalılara uduzmağımız elə də dəhşətli deyil. Lakin 1998-ci ildəki hesabla uduzmağı nəzərdə tutmuram.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm