• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Belçika sürprizə imkan vermədi - VİDEO / YENİLƏNİB

  • İdman
  • 17 İyun 2014 23:16
  • 668 Baxış
Belçika sürprizə imkan vermədi - VİDEO / YENİLƏNİB

Braziliyanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir. Bu gün qrup mərhələsinin I turuna yekun vurulacaq və II tur başlayacaq.

Artıq bir matç başa çatıb. Gecənin ilk oyununda Belçika Əlcəzairi sınağa çəkib. Afrikalılar 24-cü dəqiqədə hesabı açıb. 70-80-ci dəqiqələrdə iki qol vuran Belçika sürprizə imkan verməyərək qələbə qazanıb.

Qeyd edək ki, bu gecə daha iki oyun keçiriləcək. Saat 00.00-da Braziliya Meksikanı, 03.00-da Rusiya Cənubi Koreyanı sınağa çəkəcək.

DÇ-2014

Qrup mərhələsi

17-18 iyun

H qrupu

21.00 Belçika - Əlcəzair 2:1

Qollar: Marouane Fellaini, 70. Dries Mertens, 80 - Sofiane Feqhouli, 24-pen.

Belçika: Tibo Kurtua, Tobi Alderveyreld, Vensan Kompani (k), Aksel Vitsel, Kevin de Bruyne, Romelu Lukaku (Divok Origi, 48), Eden Hazard, Daniel van Buyten, Musa Dembele (Marouane Fellaini, 65), Naker Çadli (Dries Mertens, 46).

Ehtiyat oyunçular: Simon Miqnolet, Sammi Bossut, Tomas Vermaelen, Nikolas Lombaerts, Antoni Vanden Borre, Laurent Siman, Steven Defur, Adnan Canuzay, Kevin Mirallas.

Baş məşqçi: Mark Vilmots.

Əlcəzair: Rais Mbolhi, Macid Bouqherra (k), Fauzi Qulam, Rafik Halliçe, Sofiane Feqhouli, Karl Mecani (Nabil Qilas, 84), Nabil Bentaleb, Hilal Soudani (İslam Slimani, 66), Saphir Tayder, Riyad Mahrez (Mehdi Lasen, 71), Mehdi Mostefa.

Ehtiyat oyunçular: Kedrik Si Mohamed, Mohamed Zemmamouçe, Essaid Belkalem, Camel Mesbah, Liassine Kadamuro, Aissa Mandi, Hassan Yebda, Yasin Brahimi, Abdelmoumene Cabou.

Baş məşqçi: Vahid Halilhociç.

Sarı vərəqələ: Yan Vertonqen, 24 - Nabil Bentaleb, 34.

Hakimlər: Marko Rodriges, Marvin Torrentera, Markos Quyntero (Meksika), Əlirza Fəqani (İran).

Belo Horizonte. "Myneyro Estadio".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR