Avro 2016 - Azərbaycan 5-ci səbətdə
Bizi izləyin

İdman

Avro 2016 - Azərbaycan 5-ci səbətdə

Avro 2016 - Azərbaycan 5-ci səbətdə

2106-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunlarının püşkatması fevralın 23-də keçiriləcək. Publika.az xəbər verir ki, püşkatma mərasimi Fransada baş tutacaq. 53 komandanın qatılacağı püşkatmadan sonra 9 qrup müəyyənləşəcək.

İlk iki pilləni tutan komandalar Fransaya birbaşa vəsiqə əldə edəcək. Ən yaxşı nəticə göstərən 3-cü pillənin sahibi də Avropa çempionatının final mərhələsinə birbaşa qatılacaq. Digər vəsiqələr pley-off oyunlarından sonra məlum olacaq. Azərbaycan milisi 5-ci səbətdə yer alıb.

Qeyd edə ki, meydan sahibi Fransa seçmə mərhələ oyunlarına qatılsa da, onların nəticələri turnir cədvəlində qeydə alınmayacaq.

Səbətlər:

1-ci səbət

İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Portuqaliya, Yunanıstan, Rusiya, Bosniya-Herseqovina

2-ci səbət

Xorvatiya, Ukrayna, İsveç, Danimarka, İsveçrə, Belçika, Çex Respublikası, Macarıstan, İrlandiya

3-cü səbət

Türkiyə, Serbiya, Sloveniya, İsrail, Norveç, Slovakiya, Rumıniya, Avstriya, Polşa

4-cü səbət

Çernoqoriya, Ermənistan, Şotlandiya, Finlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, Belarus

5-ci səbət

İslandiya, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Kipr

6-cı səbət
Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Farer Adaları, Malta, Andorra, San Marino, Cəbəllütariq,Fransa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm