Belçikanın qələbəsi ölümə səbəb oldu
Bizi izləyin

İdman

Belçikanın qələbəsi ölümə səbəb oldu

Belçikanın qələbəsi ölümə səbəb oldu

Dünya çempionatı daha bir nəfərin ölümünə səbəb olub.

Publika.az xəbər verir ki, Belçika millisinin Əlcəzair üzərindəki (2:1) qələbəsini qeyd edən fanatlardan biri dünyasını dəyişib.

Brüsseldə aslan abidəsinin üzərinə çıxan fanat, müvazinətini itirərək yerə yıxılıb. Hadisə nəticəsində ağır zərbə alan futbolsevər səhərə yaxın xəstəxanada keçinib.

Qeyd edək ki, daha 2 azarkeş Antverpendə Stabreke kilsəsinin üzərinə çıxsa da, yanğınsöndürənlər onları aşağı endirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm