Braziliya parazit təhlükəsi ilə üz-üzə
Bizi izləyin

İdman

Braziliya parazit təhlükəsi ilə üz-üzə

Braziliya parazit təhlükəsi ilə üz-üzə

Dünya çempionatı ilə əlaqədar Braziliyaya gələn turistlər ölkəyə, kənd təsərrüfatına ziyan vura biləcək 350 növ parazit gətirə bilər.

Publika.az xəbər verir ki, bu haqda məlumatı Braziliyada bitkilərin qorunması üzrə Milli Cəmiyyət yayıb. Ən böyük təhlükə isə ABŞ turistlərindən gözlənilir. Belə ki, ABŞ-da Braziliyada mövcud olmayan kənd təsərrüfatının 225 növ paraziti məlumdur. İtaliya (126 növ) və Fransadan (120) təşrif buyurmuş qonaqlar da Braziliya üçün təhlükə törədə bilər.

Dünya çempionatı Braziliyanın 12 şəhərində keçirilir və ən böyük təhlükə Resifi şəhərinə ola bilər. Çünki bu regionda şəkər qamışı, pambıq və kakaos yetişdirilir.

Dünya kubokuna görə Braziliyaya 600 mindən çox turistin gəlməsi gözlənilir. Ən böyük turist axını isə ABŞ ( 187 min), Almaniya (57 min) və Argentinadan (56 min) olacaq.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm