Uruqvayla İngiltərə üçün ölüm-qalım anı
Bizi izləyin

İdman

Uruqvayla İngiltərə üçün ölüm-qalım anı

Uruqvayla İngiltərə üçün ölüm - qalım anı

Braziliyada keçirilən dünya çempionatında 2-ci turun oyunları keçirilir.

Publika.az xəbər verir ki, bu gün C və D qruplarının komandaları meydana çıxacaqlar.

Saat 21:00-da Kolumbiya Kot-d`İvuarla üz-üzə gələcək. İlk turda qalib gələn komandaların mübarizəsində gülən tərəf 1/8 finala vəsiqəni təmin edəcək.

Saat 00:00-da isə meydan Uruqvayla İngiltərənin ixtiyarında olacaq. İlk turda məğlub olan komandaların görüşü güzəştsiz mübarizə vəd edir. Məğlub olan komanda çempionatla vidalaşmalı olacaq.

Gecə saat 03:00-da isə Yaponiya ilə Yunanıstan üz-üzə gələcək.

C qrupu

21:00 Kolumbiya - Kot-d`İvuar

00.00 Uruqvay - İngiltərə

D qrupu

03:00

Yaponiya - Yunanıstan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm