Rusiya və Xorvatiyanın xalı silinə bilər
Bizi izləyin

İdman

Rusiya və Xorvatiyanın xalı silinə bilər

Rusiya və Xorvatiyanın xalı silinə bilər

Rusiya və Xorvatiya yığması azarkeşlərin davranışına görə FİFA tərəfindən cəzalandırıla bilər.

Publika.az xəbər verir ki, bu komandaların fanatları rasist hərəkətlərinə yol verdiblər.

Fanatlar AÇ-2012-də də özlərini qaydalardan kənar aparmışdılar. Buna görə Rusiyaya AÇ-2016-nın seçmə mərhələsində şərti 6 xallıq cəza tətbiq olunub.

Qeyd edək ki, Cənubi Koreya ilə oyunda ruslar "кelt xaçları" – plakatını açmışdılar. Bu da neonasistlərin simvollarından biridi. Xorvatlar isə Braziliya ilə oyunda faşist simvolları nümayiş etdirirdilər.

FİFA prezidenti Yozef Blatter irqçiliyə görə, komandaların xallarının silinə biləcəyini açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm