“Hafka” indi də Kolumbiya futboluna yatırım edir?
Bizi izləyin

İdman

“Hafka” indi də Kolumbiya futboluna yatırım edir?

“Hafka” indi də Kolumbiya futboluna yatırım edir?

"Azerbaijan. Land of Fire" reklamı Kolumbiyanın "Junior" klubunun formasına da yazıla bilər.

Publika.az xəbər verir ki, bu haqda Kolumbiya mətbuatı məlumat yayıb.

Yazılanlara inansaq, artıq Azərbaycanın Kolumbiyadakı səfirliyinin nümayəndələri iki yerli klubla – "Junior" və "İndependyente Santa-Fe" ilə danışıqlar aparırlar.

Ancaq geyim forması "Atletiko"ya daha çox oxşadığı üçün "Junior"un üzərində durulacağı daha inandırıcı görünür.

Maraq üçün xatırladaq ki, əvvəllər "Junior" məhz "Atletiko" ilə adaş olub. Belə ki, Kolumbiya təmsilçisi vaxtilə "Atletiko Junior" adlanırmış. KLub 1924-cü ildə yaranıb və mövcud olduğu 90 il müddətində 7 dəfə Kolumbiya çempionluğunu qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm