“Neftçi” “Arena”da tənqid olundu – VİDEO
Bizi izləyin

İdman

“Neftçi” “Arena”da tənqid olundu – VİDEO

“Neftçi” “Arena”da tənqid olundu – VİDEO

"İnterAz" televiziyasında "Arena" verilişinin növbəti buraxılışı efirə yayımlanıb.

Publika.az xəbər verir ki, verilişin qonaqları futbol mütəxəssisi, əməkdar məşqçi Ağasəlim Mircavadov və müğənni Cavad Rəcəbov olub. Verilişdə Ağasəlim Mircavadov komandalarımızın avrokubok şanslarından danışıb.

"Xəzər-Lənkəran" azarkeşlərinin stadiona gəlməməsinə heyfslənən Ağasəlim Mircavadov "Neftçi"nin ötən illərə nisbətən zəif təsir bağışladığını da bildirib:

"Neftçi" top komandadır və bu komanda uğurlar qazanırsa, bunu davam etdirməlidir. İndi klub gəncləşdirmə prosesini həyata keçirir, amma digər tərəfdən də həmin gənc futbolçuları başqa klublara verirlər. Misal üçün Tərlan Quliyev "Qarabağ"a getdi.

Amma bu məsələ təbii ki,klubun daxili işidir. Həm də bir şeyi etiraf edim ki, klub rəhbərliyi həmişə iddialı olub. İndi bu uğurları davam etdirmək üçün Avrokuboklarda yaxşı təsir bağışlamalıdır. Məhz bu vaxt bilmək olar ki, komanda necə hazırlıq keçib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm