Braziliya stadionlarında nə baş verir?
Bizi izləyin

İdman

Braziliya stadionlarında nə baş verir?

Braziliya stadionlarında nə baş verir?

Braziliyada təşkil olunan dünya çempionatı davam edir.

Publika.az xəbər verir ki, bu günədək 8 qrupda 23 oyun baş tutub.

Bu qarşılaşmalarda ümumilikdə 66 qol qeydə alınıb. 7 qol penaltidən vurulub, 3 avtoqol qeydə alınıb. 3 futbolçu 3 dəfə, 7 oyunçu 2 dəfə, 40 nəfər isə 1 dəfə fərqlənib.

Bombardirlər

Hələlik dünya çempionatının bombardiri adına 3 futbolçu iddia edir. Belə ki, Almaniya yığmasından Tomas Müller, Hollandiyadan isə Roben van Persi və Aryen Robbenin aktivində 3 qol var. Daha 7 oyunçu isə hələlik iki dəfə fərqlənə bilib:

3 qol: Tomas Müller (Almaniya), Robin van Persi (Hollandiya), Aryen Robben (Hollandiya).

2 qol: Tim Kahill (Avstraliya), Neymar (Braziliya), Ceyms Rodriges (Kolumbiya), Mario Mandzukiç (Xorvatiya), Kərim Benzema (Fransa), Gervinyo (Kot`D-İvuar).

1 qol: Sofiane Fequli (Əlcəzair), Lionel Messi (Argentina), Mile Jedinak (Avstraliya), Marouane Fellaini, Dries Mertens (ikisi də Belçika), Vedad İbişeviç (Bosniya və Hersoqovina), Oskar (Braziliya), Çarles Aranquiz, Jean Beauseyour, Aleksis Sançes, Xorxe Valdivia, Eduardo Varqas (hamısı Çili), Xuan Quyntero, Teofilo Qutiyerres, Pablo Armero (üçü də Kolumbiya), Coel Kampbell, Oskar Duarte, Marko Urena (üçü də Kosta Rika), İvika Oliç, İvan Perişiç (ikisi də Xorvatiya), Enner Valensiya (Ekvador), Ueyn Runi, Daniel Sturridge (ikisi də İngiltərə), Mats Hummels (Almaniya), Andre Ayev (Qana), Mario Balotelli, Klaudio Marçisio (ikisi də İtaliya), Vilfried Boni (Kot`D-İvuar), Keysuke Honda (Yaponiya), Lee Keun-ho (Cənubi Koreya), Oribe Peralta (Meksika), Mempis Depay, Stefan de Vrij (ikisi də Hollandiya), Aleksandr Kerjakov (Rusiya), Xabi Alonso (İspaniya), Admir Mehmedi, Haris Seferoviç (ikisi də İsveçrə), Con Brooks, Klint Dempsey (ikisi də ABŞ), Edinson Kavani (Uruqvay).

Penaltilər

Dünya çempionatının 23 matçında 7 penalti qeydə alınıb. İlk 11 metrlik cərimə zərbəsi açılış oyununda Xorvatiyanın qapısına təyin edilib və braziliyalı Neymar dəqiq olub.

Ən çox penalti ilə Hollandiya cəzalandırılıb. "Narıncılar"ın qapısına İspaniya və Avstraliya ilə oyunlarda 11 metrlik cərimə zərbəsi təyin olunub. Xorvatiya, Kosta Rika, Portuqaliya və Belçika bir dəfə cəzalanıb. Braziliya, İspaniya, Avstraliya, Uruqva, Almaniya və Əlcəzair hərəyə bir dəfə penaltiyə sevinib.

Neyrmar (Braziliya) - Xorvatiyanın qapısına

Xabi Alonso (İspaniya) - Hollandiyanın qapısına

Mile Jedinak (Avstraliya) - Hollandiyanın qapısına

Edinson Kavani (Uruqvay) - Kosta Rikanın qapısına

Kərim Benzema (Fransa) - Hondurasın qapısına

Tomas Müller (Almaniya) - Portuqaliyanın qapısına

Sofiane Fequli (Əlcəzair) - Belçikanın qapısına

Avtoqollar

Dünya çempionatının geridə qalan oyunlarında 3 avtoqol qeydə alınıb. İlk dəfə qapını braziliyalı Marselo səhv salıb. Xorvatiya ilə açılış matçının 11-ci dəqiqəsində o, komandasını məyus edib. Lakin Braziliya bundan sonra iki qol vuraraq qələbə qazanıb - 2:1.

İkinci avtoqol Honduras yığmasından Noel Valladaresin aktivindədi. O, Fransa ilə matçın 48-ci dəqiqəsində topu öz qapısına göndərərək hesabı 2:0-a çatdırıb. Fransızlar irəliləyən dəqiqələrdə daha bir qol vuraraq 3:0 hesablı qələbə qazanıblar.

Hələlik son avtoqolun müəllifi isə Bosniya və Hersoqovina yığmasının üzvü Sead Kolaşinaçdı. O, Argentina ilə matçın 3-cü dəqiqəsində rəqibi sevindirən qola imza atıb. Argentinalılar bu matçda meydandan 2:1 hesablı qələbə ilə ayrılıb.

Marselo (Braziliya) - Xorvatiya ilə oyunda

Noel Valladares (Honduras) - Fransa ilə oyunda

Sead Kolaşinaç (Bosniya və Hersoqovina) - Argentina ilə oyunda

Dubllar

Mundialın 23 oyununda 6 futbolçu dubl edib. Hollandiya yığmasından 2, Xorvatiya, Braziliya, Uruqvay və Fransadan bir futbolçu eyni matçda iki dəfə fərqlənib.

Hər iki holland futbolçu eyni matçda dubl edib. Belə ki, Robin van Persi və Aryen Robben son dünya çempionu İspaniyanı 5:1 hesabı ilə yendikləri matçda hərəyə 2 qol vurublar.

Neymar (Braziliya) - Xorvatiya ilə oyunda

Mario Mandzukiç (Xorvatiya) - Kamerunla oyunda

Robin van Persi (Hollandiya) - İspaniya ilə oyunda

Aryen Robben (Hollandiya) - İspaniya ilə oyunda

Luis Suares (Uruqvay) - İngiltərə ilə oyunda

Kərim Benzema (Fransa) - Hondurasla oyunda

Het-trik

Dünya çempionatında hələlik bir het-trik qeydə alınıb. G qrupunda turnirin favoritlərindən olan Almaniya və Portuqaliyanın qarşılaşmasında Tomas Müller 3 qola imza atıb. 12-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən alman futbolçu 45+1 və 78-ci dəqiqələrdə də qapını dəqiq nişan alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm