Mourinyo yenə də sataşdı: “O, həmişə deyinir”
Bizi izləyin

İdman

Mourinyo yenə də sataşdı: “O, həmişə deyinir”

Mourinyo yenə də sataşdı: “O, həmişə deyinir”

“Arsenal”ın baş məşqçisi Arsen Venger Xuan Matanı “Mançester Yunayted”ə satdığına görə, “Çelsi”ni tənqid etmişdi.

Venger londonluları “Mançester Yunayted”i gücləndirməkdə, transfer bazarı ilə oynamaqda ittiham etmişdi. Publika.az xəbər verir ki, Joze Mourinyo Arsen Vengerin ittihamına cavab verib.

O, Vengeri deyingən adlandırıb: “Venger həmişə deyinir. Bu, bazardı, biz onun qanunları çərçivəsində hərəkət edirik. “Arsenal” Məsut Özili “Mançester Yunayted”ə satsa, mən buna sevinəcəm.

Çünki Məsut dəyərli futbolçudu. Digərləri məni qətiyyən narahat etmir. Venger deyir ki, bu ədalətsizlikdi. Amma mənim üçün ədalətsizlik odur ki, çempionatın təqvimi “Arsenal” üçün həmişə daha uyğun olur.

Onların istirahət etmək üçün daha çox vaxtı qalır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm