Fransa İsveçrəni 5:2 məğlub etdi - FOTOLAR
Bizi izləyin

İdman

Fransa İsveçrəni 5:2 məğlub etdi - FOTOLAR

Braziliyanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir. Bu gecə azarkeşlər daha 3 oyunu izləyə biləcək.

Braziliyanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir. Bu gecə azarkeşlər daha 3 oyunu izləyə biləcək.

Əvvəlcə D qrupunun ikinci matçı keçirilib və İtaliya Kosta Rikanı sınağa çəkib. Amerikalılar 1:0 hesabı ilə qalib gəlib (Bu barədə başqa xəbərdə daha ətraflı oxu).

Növbəti iki oyun E qrupu çərçivəsində baş tutacaq. Saat 00.00-da İsveçrə və Fransa yığmaları meydana çıxacaq. Hər iki komanda ilk turda qəbələ qazanıb. Bu günkü oyunda qələbə qazanan tərəf 1/8 finala daha da yaxınlaşacaq.

Gecənin son matçı 03.00-da başlayacaq və Ekvadorla Hondruas üz-üzə gələcək. Hər iki komanda ilk turda məğlub olub. Autsayderlərin duelində qələbə qazanan tərəf 1/8 final şansını saxlayacaq.

DÇ-2014

Qrup mərhələsi

20-21 iyun

E qrupu

00.00 İsveçrə - Fransa

Hakimlər: Byörn Kuypers, Sander van Roekel, Ervin Zeynstra (Hollandiya), Svein Oddvar Moen (Norveç).

Salvador. "Fonte Nova Arena".

03.00 Honduras - Ekvador

Hakimlər: Ben Uilyams, Mattey Kream, Hakan Anaz (Avstraliya), Yuiçi Nişimura (Yaponiya).

Kuritiba. "Arena da Bayksada".

YENİLƏNMƏ

Qollar: Jiru, 17 (0:1), Matiudi, 18 (0:2), Valbuena, 41 (0:3), Benzema, 68 (0:4), Sissoko, 73 (0:5), Cemaili, 80 (1:5), Xaka, 87 (2:5)


Matçın 31-ci dəqiqəsində İsveçrə millisinin qapısına penalti təyin edilib. Kərim Benzemanın zərbəsini qapıçı Benaqlio dəf edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm