Dünyanı heyrətə salan “Varlı sahil” möcüzəsi – FOTOLAR
Bizi izləyin

İdman

Dünyanı heyrətə salan “Varlı sahil” möcüzəsi – FOTOLAR

Dünyanı heyrətə salan “Varlı sahil” möcüzəsi – FOTOLAR

Publika.az-ın “Mundial layihəsi” çərçivəsində D qrupu haqda məlumat verərkən Kosta Rikaya aid bölümə belə başlıq qoymuşduq: “Əl-ayağa dolaşa biləcəklər?”

Nəinki əl-ayağa dolaşdılar, hətta bütün dünyanı heyrətləndirdilər. Üç dünya çempionunun yer aldığı qrupdan ilk pilləni tutmaqla növbəti mərhələyə vəsiqə qazanmağın bir adı var – Möcüzə!

Ancaq bu möcüzə Allahın möcüzəsi deyil. Bu, insan möcüzəsidi. “Öyrənmək, çalışmaq, inkişaf etmək”di resepti bu möcüzənin

.

Kosta-Rika millisi haqda məlumat verərkən qeyd etmişdik ki, istər heyət, istərsə də təcrübə baxımından rəqiblərindən açıq-aşkar geri qalan şimali amerikalıların uğur qazanmaq şansı sıfıra bərabərdi.

İndi bilmirik bu səhv proqnoza görə kimdən üzr istəyək, oxuculardan, yoxsa kosta rikalılardan? Bizcə kosta rikalılardan üzr istəməliyik. Onlara inanmadığımıza, onları qiymətləndirmədiyimizə görə. Bundan sonra hara qədər irəliləyəcəyindən aslı olmayaraq, mənim üçün 2014-cü ilin dünya çempionu Kosta Rikadı. 3 dünya çempionunun yer aldığı qrupda ikiqat və üçqat dünya çempionlarını yerlə bir edib, digərinə isə heç qalib gəlməyinə də ehtiyac qalmayıb. Qrupdan çıxıb. Daha hə lazımdı? Nəsə deyə bilərik bu komandaya? “Halal olsun”dan başqa heç nə.

Kosta Rika bu uğura addım-addım yaxınlaşıb. Seçmə mərhələdə Şimali Amerika zonasında yalnız ABŞ-dan geri qalan Xorxe Luis Pintonun yetirmələri dünya çempionatına birbaşa vəsiqə qazanmağa nail olmuşdu.

İspan dilindən tərcümədə “varlı sahil” mənasını verən bu kiçik ölkə - Kosta Rika Mərkəzi Amerikada yerləşir. Paytaxtı San-Xose şəhəridir.Ərazisi- 51,1 min kv.km; əhalisi -4 760 min nəfərdir. 15 sentyabr 1821-ci ildə müstəqillik əldə edib. Olduqca gözəl təbitəi var. bu ölkəni “açıq qoruq” da adlandırılar. Ölkənin 2/3 hissəsi meşələrlə örtülüb.

Bu da kiçik Kosta Rikanı bütün dünyaya tanıdan, təxminən 5 milyonluq kost rikalını xoşbəxtə çevirən 23 futbolçunun siyahısı. Onları tanımağımız vacibdi. Onlar möcüzə yaradıblar axı. Lap Tanrı möcüzəsi kimi.

Qapıçılar: Keylor Navas (“Levante”, İspaniya), Patrik Pemberton (“Alaxuense”), Daniyel Kambronero (“Erediano”)

Müdafiəçilər: Conni Akosta (“Alaxuense”), Cankarlo Qonzales (“Kolambus”, ABŞ), Heiner Mora (“Saprissa”), Xunior Dias (“Maynts”, Almaniya), Kristian Qamboa (“Rusenborq”, Norveç),Roy Miller (“Nyu-York”, ABŞ), Maykl Umana (“Saprissa”), Uoylon Frensis (“Kolambus”, ABŞ), Oskar Duarte (“Brügge”, Belçika)

Yarımmüdafiəçilər: Celso Borges (AİK, İsveç), Kristian Bolanyos (“Kopenhaqen”, Danimarka), Esteban Qranados (“Erediano”), Maykl Barrantes (“Olesunn”, Norveç), Yeltsin Teheda (“Saprissa”), Dieqo Kalvo (“Valarenqa”, Norveç), Migel Kubero (“Erediano”)

Hücumçular: Bryan Ruis (PSV, Hollandiya), Coel Kempbell (“Olimpiakos”, Yunanıstan), Rendall Brenes (“Kartaxines”), Marko Urenya (“Kuban”, Rusiya)

Natiq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm