"KİA" məşhur jurnalisti məhkəməyə verdi – “Katastrof İ Apokalipsis”
Bizi izləyin

İdman

"KİA" məşhur jurnalisti məhkəməyə verdi – “Katastrof İ Apokalipsis”

KİA məşhur jurnalisti bu şərhə görə məhkəməyə verdi – “Katastrof İ Apokalipsis”

Məşhur avtomobil şirkəti "KİA" Rusiyanın “NTV Plyus” telekanalının müxbiri Vasili Utkini məhkəməyə verir.

Publika.az xəbər verir ki, Buna səbəb isə Utkinin Twitter səhifəsində yerləşdirdiyi təhqiramiz ifadələr olub.

Utkinin KİA-nı məhkəməyə müraciət etməyə vadar edən şərhlərini təqdim edirik:

1. Evə gedirəm. Binanın girəcəyində KİA avtomobili görsəm, “qluşitel”inə çuğundur tıxayacam.

2. Bu gün taksi çağırmışam. Zəng edib deyirlər ki, KİA nömrəli maşın artıq yoldadır. Sözünü kəsib taksi sifarişini ləğv elədim. Sonradan isə “Ford”la getdim. Yaramazlarla heç bir işbirliyi!

3. Elə səfehdirlər, heç bir bəraətə yer yoxdur...

4. KİA-ın şifrə olunması üzrə müsabiqə keçirilir. Mənim versiyam -“axmaq”. Kiminsə başqa bir variantı var?

5. Heyrətamizdir: super şirkət əvvəlcə halal əməkhaqqımı kəsir, ondan sonra məni məhkəməyə verir.

6. KİA məni məhkəməyə verir. Bu ki, tamamilə KİA-dır (Katastrof İ Apokalipsis)

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm