
İki məşqçi "Xəzər Lənkəran"ın əsas heyətində kənarlaşdırılıb. Baş məşqçi Oğuz Çətin Emin Quliyevlə Hafiz Əliyevin xidmətindən imtina edib.
Lakin hər iki məşqçi klubda saxlanılıb. Belə ki, Hafiz Əliyev "Xəzər Lənkəran"ın U-19 komandasının baş məşqçisi təyin edilib. O, bu postda Məhərrəm Bağırzadəni əvəzləyib. Emin Quliyev isə bu komandada baş məşqçinin köməkçisi olacaq.