"Alman tankı"nı Qana dayandırdı - VİDEO
Bizi izləyin

İdman

"Alman tankı"nı Qana dayandırdı - VİDEO

Braziliyanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir.

Braziliyanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir.

Bakı vaxtı ilə saat maat 00.00-da G qrupunda yer alan Almaniya və Qana yığmaları meydana çıxıb. Almanlar ilk turda Portuqaliyanı darmadağın edib - 4:0. Qana isə ABŞ millisinə uduzub - 1:2.

Almaniya: Manuel Neuer, Benedikt Hövedes, Mats Hummels, Filip Lam, Per Mertesaker, Jerome Boatenq, Sami Kedira, Mesut Özil, Tomas Müller, Toni Kroos, Mario Götze.

Ehtiyat oyunçular: Ron-Robert Zieler, Roman Veydenfeller, Kevin Qrosskreuts, Mattias Ginter, Erik Durm, Şkodran Mustafi, Bastian Şvaynştayger, Andre Şkürrle, Lukas Podolski, Julian Draksler, Kristof Kramer, Miroslav Kloze.

Baş məşqçi: Yoahim Löv.

Qana: Fatau Dauda, Conatan Mensah, Con Boye, Harrison Afful, Kristian Atsu, Andre Ayev, Sulley Muntari, Albert Adomah, Məhəmməd Rabiu, Asamoah Qyan, Kevin-Prinse Boatenq.

Ehtiyat oyunçular: Stepan Adams, Adam Larsen Kvarasey, Samuel İnkoom, Daniel Opare, Raşid Sumaila, Mixael Essyen, Afriyi Akquah, Emmanuel Badu, Kvadvo Asamoah, Mübarək Vakaso, Yordan Ayev, Varis Macid.

Baş məşqçi: Ceyms Kvesi Appiya.

Hakimlər: Sandro Riççi, Emerson de Karvalyo, Marselo van Qasse (Braziliya), Viktor Hüqo Karrillo (Peru).

Fortaleza. "Estadio Kastelo".

YENİLƏNMƏ

İlk yarısı qolsuz bərabərliklə başa çatan oyunda hesabı 51-ci dəqiqədə Mario Götze açıb. Almanların qol sevinci 3 dəqiqə çəkib və Andre Ayev bərabərliyi təmin edib. 63-cü dəqiqədə Asamoah Qyan Qananı hesabda önə keçirib. Almanlar 71-ci dəqiqədə Miroslav Klozenin qoluna sevinib. Oyun 2:2 hesabı ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm