• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Avrokuboklarda bütün rəqiblərimiz bəlli oldu - Yenilənib

  • İdman
  • 23 İyun 2014 17:44
  • 1 254 Baxış
Avrokuboklarda bütün rəqiblərimiz  bəlli oldu - Yenilənib

17:44

Bu gün Avroliqanın 2014/15 mövsümünün 2 təsnifat mərhələsinin püşkü atılıb. Publika.az xəbər verir ki,

Avroliqada mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq “Neftçi”nin də rəqibi müəyyənləşib. Ölkə kubokunun qalibi “Koper” (Sloveniya)-”Çelik” (Çernoqoriya) cütün qalibi ilə qarşılaşacaq.

II təsnifat mərhələsi:

Mlada Boleslav (Cexiya) - Qəbələ (Azərbaycan)//Şiroki Briyeq (Bosniya və Hersoqovina)

Neftçi (Azərbaycan) - Koper (Sloveniya)//Çelik (Çernoqoriya)

Elfsborq (İsveç) - Tiraspol (Moldova)//İnter (Azərbaycan)

16:08

Bu gün Avroliqanın 2014/15 mövsümünün 2 təsnifat mərhələsinin püşkü atılıb. Publika.az xəbər verir ki, “İnter”in rəqibi Moldovanın “Tiraspol” komandası olub. “Qəbələ” isə Bosniya və Hersoqovinanın “Şiroki Brieq” komandası ilə qarşılaşacaq.

Birinci təsnifat mərhələsinin bütün cütlükləri:

Sioni (Gürcüstan) - Flamurtari (Albaniya)

Turnovo (Makedoniya) - Çixura (Gürcüstan)

Veris (Moldova) - Liteks (Bolqarıstan)

Pünik (Ermənistan) - Astana (Qazaxıstan)

Rusenborq (Norveç) - Yelqava (Latviya)

Jeness (Lüksemburq) - Dandalk (İrlandiya)

Göteborq (İsveç) - Fola (Lüksemburq)

Rudar (Sloveniya) - Laçi (Albaniya)

Derri Siti (İrlandiya) - Aberistuit Taun (Uels)

MÜPA (Finlandiya) - Fuqlarfyordur (Farer adaları)

Hauqesun (Norveç) - Eyrbus (Uels)

Tiraspol (Moldova) - İnter (Azərbaycan)

Şırak (Ermənistan) - Şaxtyor (Qazaxıstan)

UE Santa Koloma (Andorra) - Metallurq (Makedoniya)

Hibernians (Malta) - Spartak (Slovakiya)

Qəbələ (Azərbaycan) - Şiroki Briyeq (Bosniya)

Kayrat (Qazaxıstan) - Kukesi (Albaniya)

Sent-Culiya (Andorra) - Çukariçki (Serbiya)

Dyosqyor (Macarıstan) - Birkirkara (Malta

Folqore (San Marino) - Buduçnost (Çernoqoriya)

Koper (Sloveniya) - Çelik (Çernoqoriya)

Vaduts (Lixtenşteyn) - Kollec Avropa (Cəbəllütariq)

Split (Xorvatiya) - Mika (Ermənistan)

Botev (Bolqarıstan) - Libertas (San Marino)

Differdanj (Lüksemburq) - Atlantas (Litva)

Aberdin (Şotlandiya) - Dauqava (Riqa, Latviya)

Fram (İslandiya) - Qlenavon (Şimali İrlandiya)

Lovçen (Çernoqoriya) - Jelezniçar (Bosniya)

Vaasa (Finlandiya) - Brommapoykarna (İsveç)

Santos Tartu (Estoniya) - Tromse (Norveç)

Sillamae Kalev (Estoniya) - Honka (Finlandiya)

Şkendiya (Makedoniya) - Zimbru (Moldova)

Torşavn (Farer adaları) - Linfild (Şimali İrlandiya)

Kruzeyders (Şimali İrlandiya) - Ekranas (Litva)

Banqa (Litva) - Slayqo Rovers (İrlandiya)

Slima Uonderers (Malta) - Ferençvaroş (Macarıstan)

Fram (İslandiya) - Nomme Kalyu (Estoniya)

Styarnan (İslandiya) - Banqor Siti (Uels)

Vikinqur (Farer adaları) - Dauqava (Dauqavpils, Latviya)

15:18

Bu gün Çempionlar Liqasının 2014/15 mövsümünün ilk 2 təsnifat mərhələsinin püşkü atılıb. Publika.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın rəqibi müəyyənləşib. Ağdam klubu Maltanın “Valetta” komandası ilə qarşılaşacaq. İlk qarşılaşma səfərdə olacaq.

I təsnifat mərhələsi

1. Santa Koloma (Andorra) - Banants (Ermənistan)

2. Linkoln (Cəbəllütariq) - Torshavn (Farer adaları)

3. La Fiorita (San-Marino) - Levadiya (Estoniya)

II təsnifat mərhələsi

Jrinski (Bosniya və Herseqovina) - Maribor (Slovaniya)

Şerif (Moldova) - Sutyeska (Çernoqoriya)

BATE (Belarus) - Skenderbeu (Albaniya)

Dinamo (Gürcüstan) - Aktobe (Qazaxıstan)

Makkabi (Təl-Əviv, İsrail) - Santa Koloma (Andorra)//Banants (Ermənistan)

Sparta (Çexiya) - La Fiorita (San-Marino)//Levadiya (Estoniya)

Malmö (İsveç) - Ventspils (Latviya)

Slovan (Slovakiya) - TNS (Uels)

Seltik (Şotlandiya) - Reykyavik (İslandiya)

Kliftonvill (Şimali İrlandiya) - Debretsen (Macarıstan)

Partizan (Serbiya) - Linkoln (Cəbəllütariq)//Torshavn (Farer adaları)

Valletta (Malta) - Qarabağ (Azərbaycan)

Qeyd edək ki, ÇL-in birinci təsnifat mərhələsinin ilk oyunları iyulun 1-2-də, cavab matçları isə 8-9 iyul tarixlərində baş tutacaq. İkinci təsnifat mərhələsinin ilk oyunları 15-16 iyul, cavab oyunları isə 22-23 iyul tarixlərində keçiriləcək.

11.43

Artıq "Qarabağ"ın potensial rəqiblərinin sayı azalıb. Püşkatma zamanı ağdamlılara 5 komandadan biri rəqib olacaq: F91 Düdelanj (Lüksemburq), Strömsqodset (Norveç), Sent-Patriks Atletik (İrlandiya), Valletta (Malta), Jalgiris (Litva).

11:15

Bu gün Azərbaycanın diqqəti İsveçrənin Nyon şəhərinə yönələcək.

Publika.az xəbər verir ki, ölkəmizi avrokuboklarda təmsil edəcək komandalarımızın rəqibləri müəyyənləşəcək. Saat 15:00-da Çempionlar Liqasının, ardınca isə avroliqanın püşkü atılacaq.

Artıq “İnter” və “Qəbələ”nin potensial rəqiblərinin sayı azalıb. “Qəbələ” "səpələnməmişlər" səbətində yer aldığı üçün güclü rəqiblərdən biri ilə düşə bilər. Bölgə təmsilçisinin potensial rəqibləri qismində ötən mövsüm Avroliqanın qrupunda oynamış Karaqanda “Şaxtyor”u, Boludakı yoxlama oyunlarında “Neftçi”ni məğlub etmiş “Çixura”, eləcə də Çempionlar Liqasının təsnifat mərhələsində “ağ-qaralar”a məğlub olmuş “Şiroki Briyeq” var.

"İnter"in beş potensial rəqibi: Sent Culiya (Andorra), Tiraspol (Moldova), Hibernians (Malta), Sioni (Gürcüstan), Çelik (Çernoqoriya).

"Qəbələ"nin beş potensial rəqibi: Şaxtyor (Karaqanda, Qazaxıstan), Şiroki Brieq (Bosniya və Herseqovina), Birkirkara (Malta), Vaduts (Lixtenşteyn), Çixura (Gürcüstan).

Qeyd edək ki, Azərbaycanı avrokuboklarda 4 komanda – Çempionlar Liqasında “Qarabağ”, Avroliqada isə “İnter”, “Qəbələ” və “Neftçi” təmsil edəcək.

Püşkatma ilə bağlı oxuculara operativ məlumat verəcəyik.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR