Azərbaycan millisi “Comunale Renzo Barbera”da
Bizi izləyin

İdman

Azərbaycan millisi “Comunale Renzo Barbera”da

Azərbaycan millisi “Comunale Renzo Barbera”da

Azərbaycan milli komandasının AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.

Publika.az xəbər verir ki, bu il oktyabrın 10-də keçiriləcək İtaliya - Azərbaycan oyunu Palermo şəhərindəki "Comunale Renzo Barbera" stadionunda təşkil olunacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.

Qeyd edək k, bu stadion 1932-ci ildə inşa olunub. Arena indiyədək 4 müxtəlif ad daşıyıb. 1932-1936-cı illərdə "Littorio", 1936-1945-ci illərdə "Mişele Marrone", 1945-2002-ci illərdə "La Favorita" adlanan stadion 2002-ci ildən "Comunale Renzo Barbera" adlanır. 1989-cu ildə təmir olunan arenada "Palermo" klubu ev oyunlarını keçirir. Stadion 36349 azarkeş tutur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm