Yetirməsinə təcavüz edən məşqçi cəzalandı
Bizi izləyin

İdman

Yetirməsinə təcavüz edən məşqçi cəzalandı

Yetirməsinə təcavüz edən məşqçi cəzalandı

Türkiyədə növbəti qalmaqallı məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, yetirməsinə təcavüz edən məşqçiyə hökm oxunub.

Belə ki, atletika üzrə milli komandanın məşqçisi və Atletika Federasiyasının Antalya təmsilçisi Nihat Y. adlı məşqçi hazırda universitetdə oxuyan yetirməsi M.Ş-ya 14 yaşından etibarən 3 il təcüvüz edib.

Olay M.Ş-nın başına gələnləri rəfiqəsinə danışmasından sonra ortaya çıxıb. Bu barədə xəbər tutan digər müəllimlər polisə məlumat verib və Nihat Y. həbs edilib.

Lakin məşqçi məhkəmədə günahını boynuna almayıb və zərərçəkənlə şahidin ona şərt atdığını bildirib. Buna baxmayaraq Antalya məhkəməsi onu 15 il 7 ay 15 gün azadlıqdan məhrum edib.

Qeyd edək ki, Nihat Y. əvvəllər olimpiya çempionu Aslı Çakır Alptekinin də məşqçisi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm