Qovulanlar, qalanlar və şansını qoruyanlar – Braziliyada
Bizi izləyin

İdman

Qovulanlar, qalanlar və şansını qoruyanlar – Braziliyada

Qovulanlar, qalanlar və şansını qoruyanlar – Braziliyada

Dünya çempionatında qrup oyunlarında sonuncu tura bu gün start veriləcək.

Publika.az xəbər verir ki, artıq növbəti mərhələyə vəsiqə qazanan və şansını itirən komandaların bəziləri bəllidir. Son tur ərəfəsində komandaların şanslarını dəyərləndirdik.

A qrupu

Qrupdan çıxan: Hələ heç bir komanda təmin etməyib.

Mübarizəni dayandıran: Kamerun

Risk cədvəli: Braziliya və Meksikanın 4 xalı var. Əgər bugünkü oyunları qazansalar iki komanda da qrupdan çıxacaq. Braziliya Meksikaya nisbətən 1 qol çox vurduğuna görə, üstün durumdadır. Braziliya Kameruna məğlub olarsa, ya da matç bərabərliklə bitərsə, Xorvatiyanın Meksikanı məğlub edib qrup birincisi olmaq şansı var.

B qrupu

Qrupdan çıxan: Hollandiya və Çili.

Mübarizəni dayandıran: Avstraliya və İspaniya.

C qrupu

Qrupdan çıxan: Kolumbiya

Mübarizəni dayandıran: Hələ bəlli deyil.

Risk cədvəli: Qrupdan çıxmağı təmin edən Kolombiyanın 6, Fil Dişi Sahilinin 3, Yaponiya və Yunanıstanın hərəsinin 1 xalı var.

Kolombiyanın liderliyini təmin etməsi üçün Yaponiya ilə matçı bərabərliklə başa vurması kifayətdir. Fil Dişi Sahili Yunanıstanı məğlub edərsə qrupdan çıxacaq. Kolumbiya Yaponiyanı, Yunanıstan da Fil dişi Sahilini məğlub edərsə “16-lığ”a adını yazdıra bilər.

D qrupu

Qrupdan çıxan: Kosta Rika

Mübarizəni dayandıran: İngiltərə

Risk cədvəli: 3 xallı iki komandadan İtaliya və Uruqvayın qarşılaşması qrupun taleyini təyin edəcək. İtaliya rəqibini məğlub edərsə ya da matç bərabərliklə başa çatarsa növbəti tura çıxacaq. Uruqvay İtaliyanı məğlub etsə növbəti mərhələyə yüksələcək. Kosta Rika qrup liderliyini demək olar ki, təmin edib.

E qrupu

Qrupdan çıxan: Hələ bəlli deyil.

Mübarizəni dayandıran: Hələ bəlli deyil.

Risk cədvəli: İki matçını da qazanan 6 xallı Fransanın qrupdan çıxması hələ təmin edilməyib. Ancaq möcüzə olmazsa “xoruzlar” növbəti mərhələyə çıxacaq. Fransızlar Ekvadordan çox ağır məğlubiyyət almasalar (məsələn 7-0) növbəti tura çıxacaq. İsveçrə isə Honduras matçını qazanıb, Ekvador-Fransa matçının nəticəsini gözləməlidir.

Fransa 6, Ekvador 3, İsveçrə 3, Honduras 0 xal.

F qrupu

Qrupdan çıxan: Argentina

Mübarizəni dayandıran: Bosniya-Hersoqovina

Risk cədvəli: Argentina 6, Nigeriya 4, İran 1, Bosniya-Herseqovina 0 xalla son matçları oynayacaq. İran xalsız Bosniyanı məğlub edib, Nigeriya-Argentina matçının nəticəsini gözləyəcək. Nigeriya, Argentinanı məğlub edərsə qrupdan lider çıxacaq. Maç bərabərliklə başa çatarsa iki komanda da tur adlayacak. Argentina Nigeriyanı məğlub edərsə, İran da Bosniya-Hersoqovinanı məğlub etsə qol hesabları nəzərə alınacaq.

G qrupu

Qrupdan çıxan: Hələ bəlli deyil.

Mübarizəni dayandıran: Hələ bəlli deyil.

Risk cədvəli: Almaniya və ABŞ-ın 4, Portuqaliya ilə Qananın 1 xalı var. Son matçı amerikanlarla Almaniya bərabərliklə bitirərsə iki komanda da növbəti tura çıxacaq. Almaniya qazanarsa, Portuqaliya da Qananı məğlub edərsə, portuqalların amerikanlarla qol fərqini bitirməsi lazım olacaq.

ABŞ-ın 1 qol müsbəti, Portuqaliyanın 4 qol mənfisi var.

H qrupu

Qrupdan çıxan: Belçika

Mübarizəni dayandıran: Hələ dəqiq deyil.

Risk cədvəli: Belçika 6, Əlcəzair 3, Rusiya və Cənubi Koreya da hərəsi 1 xalla son matçlarına çıxacaq. Əsas qarşılaşma Əlcəzair -Rusiya arasında baş tutacaq. Ruslar rəqibini məğlub edərsə növbəti tura yüksələcək. Əlcəzair rəqibinə uduzmasa böyük ehtimalla qrupdan çıxacaq. Çıxmaması Cənubi Koreyanın Belçikanı böyük hesabla məğlub etməsinə bağlıdır. Bu da mümkün kimi görünmür.

Bu gün baş tutacaq qarşılaşmalar:

21:00 – Avstraliya - İspaniya

21:00 – Hollandiya – Çili

01:00 – Kamerun – Brazilya

01:00 – Xorvatiya – Meksika

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm