Faşist salamı Anelkanı Romaya aparır
Bizi izləyin

İdman

Faşist salamı Anelkanı Romaya aparır

Faşist salamı Anelkanı Romaya aparır

Hazırda “Vest Bromviç”də oynayan ulduz futbolçu Anelka “Latsio”ya keçə bilər.

Publika.az xəbər verir ki, 34 yaşlı hücumçu “Vest Hem”in qapısına qol (3:3) vurarkən, Fransada populyar olan, faşist salamını xatırladan jestdən istifadə edib.

İngiltərə Futbol Federasiyası buna görə futbolçunu 5 oyunluq cəzalandırıb.

Üstəlik klubun sponsoru olan “Zoopla”, futbolçu ilə müqavilə pozulmayacağı təqdirdə, “Vest Bromviç”lə əməkdaşlığı dayandıracağını bildirib.

Bundan yararlanan “Latsio” Anelkaya 6 aylıq müqavilə təklif edib. Futbolçu 1 ildən artıq müqavilə təklif olunacaqğı halda, Romaya köçməyin əleyhinə deyil.

Qeyd edək ki, “Latsio” faşist təmayüllü azarkeşlərin klubu hesab olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm