“Heç kim deyə bilməz ki, mərhələni keçmişik”
Bizi izləyin

İdman

“Heç kim deyə bilməz ki, mərhələni keçmişik”

“Heç kim deyə bilməz ki, mərhələni keçmişik”

"Qarabağ"ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi Maltanın "Valletta" komandası oldu.

Publika.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov püşkü dəyərləndirib:

"Məlum olduğu kimi, Çempionlar Liqasının bu mərhələlərində ancaq ölkələrinin çempionları çıxış edir. İlkin rəqiblərimiz müəyyənləşən zaman apardığımız araşdırma zamanı gördük ki, hər birinin avrokubok təcrübəsi var.

Nəzəri cəhətdən hər birinin uğur qazanmaq şansı vardı. "Valetta" ilə qarşılaşacağıq. Rəqibin daimi avrokubok təcrübəsi var. Millisində bir neçə futbolçusu var. Azərbaycan millisiylə qarşılaşdığı zaman mübarizə aparan, sonadək döyüşən xarakterlərinin olduğunu görmüşdük.

Heç kim deyə bilməz ki, biz mərhələni keçmişik. İlk oyuna qədər yetərincə vaxtımız var. Çalışacağıq ki, rəqib haqqında məlumat toplayaq. İstənilən rəqibə hörmətlə yanaşırıq. Futbol artıq elə bir dönəmə gəlib ki, zəif-güclü anlayışı yoxdu. Biz hər zaman meydana qələbə üçün çıxırıq. Amma rəqibə hörmətlə yanaşmalı və ciddi olaraq hazırlaşmalıyıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm