Xaqani Məmmədov Antalyada dərs keçdi
Bizi izləyin

İdman

Xaqani Məmmədov Antalyada dərs keçdi

Xaqani Məmmədov Antalyada dərs keçdi

Yanvarın 24-də Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov, hakimlər - Əlyar Ağayev, Rəhim Həsənov və Orxan Məmmədovun iştirakı ilə “Qəbələ”nin Antalya düşərgəsində futbolçu və məşqçi heyəti üçün seminar təşkil olunub.

Publika.az xəbər verir ki, toplantıda ədalət təmsilçiləri ilə yanaşı PFL prezidenti Ramin Musayev də yer alıb. Seminarda futbolçu və məşqçilərə UEFA qaydaları, qaydalardakı yeniliklərlə bağlı ətraflı məlumat verilib.

Toplantı zamanı müxtəlif oyun epizodları izlənilib və müzakirələr aparılıb. Məşqçi və futbolçuların suallarını cavablandıran hakimlər bir sıra mübahisəli məqam ətrafında fikir mübadiləsi aparıblar.

Sonda “Qəbələ”nin baş məşqçisi Yuri Syomin tədbirin təşkilinə görə hakimlər komitəsinə təşəkkürünü bildirib və belə toplantıların davamlı olmasını arzulayıb.

Xatırladak ki, Hakimlər Komitəsi ötən mövsüm Qəbələdə bənzər seminar təşkil etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm