Hollandiya və İspaniya qalib gəldi - YENİLƏNİB
Bizi izləyin

İdman

Hollandiya və İspaniya qalib gəldi - YENİLƏNİB

Braziliyanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir. Bu gecə iki qrupda son turun oyunları keçiriləcək.

Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.

Bu gün A və B qruplarının hərəsində üçüncü turun iki oyunu keçiriləcək.

B qrupunda Avstraliya İspaniya ilə qarşılaşıb. Hər iki komanda qrupdan çıxmaq şansını itirdiyindən oyuna maraq o qədər də böyük deyildi.
Sözügedən görüş İspaniyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər görüşündə isə Hollandiya Çili yığmasını sınağa çəkib. Komandalar 1/8 finala vəsiqəni təmin etdiyindən bu görüşün nəticəsi də heç nəyi dəyişməyəcəkdi. Bu matçda isə Hollandiya 2:0 hesabı ilə qalib gələrək qrupdakı bütün matçlarda meydanı üç xalla tərk edib.

A qrupunda Kamerun Braziliya ilə üz-üzə gələcək. Afrika təmsilçisi qrupdan çıxmaq şansını itirib. Braziliyalılar isə 1/8 finala qrup lideri kimi çıxmağa çalışacaq.

Qrupun digər oyununda Xorvatiya və Meksika milliləri qarşılaşacaq. Hər iki komandanın 1/8 finala adlamaq şansı olduğundan oyun prinsipiallığı ilə seçiləcək. Qrupdan çıxmaq üçün Meksikaya heç-heçə sərf edirsə, Xorvatiya mütləq qalib gəlməlidir. A qrupunun görüşləri Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.



23 İyun

B qrupu

21:00. Avstraliya - İspaniya - 0:3
Qollar:
David Vilya, 36 (0:1), Fernando Torres, 69 (0:2), Xuan Mata, 82 (0:3)

21:00. Hollandiya - Çili - 2:0
Qollar:
Fer, 77 (1:0), Depay, 90+2 (2:0)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm