• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Braziliya və Meksika 1/8 finalda - VİDEO

  • İdman
  • 24 İyun 2014 03:22
  • 752 Baxış
Braziliya və Meksika 1/8 finalda - VİDEO

Braziliyanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir. Bu gecə iki qrupda son turun oyunları keçirilib.

A qrupunda Braziliya Kamerunu 4:1 hesabı ilə yenib. İlk turun Xorvatiya matçında dubl edən Neymar bu dəfə dəfə iki qol vurub. Braziliyanın digər iki qoluna Fredlə Fernandinyo imza atıb. Kamerunun yeganə qolunu isə rəqib qapısından Coel Matip keçirib.

Meksika millimizin AVRO-2016-nın seçmə mərhələsindəki rəqibi Xorvatiyanı yenib. 72 dəqiqəsi qolsuz bərabərliklə başa çatan oyunda Meksika 10 dəqiqəyə 3 qol vurub. Xorvatiyanın qapısına Rafael Markues, Andres Quardado və Xavyer Hernandes yol tapıb. Avropalılar isə bunlara yalnız bir dəfə - İvan Perişiçlə cavab verib. Nəticədə Meksika 3:1 hesablı qələbə qazanıb.

Bu nəticələrdən sonra Braziliya və Meksika 1/8 finala vəsiqə qazanıb. Xorvatiya və Kamerun isə mübarizəni başa vurub.

Qeyd edək ki, B qrupda İspaniya Avstraliyaya 3:0, Hollandiya Çiliyə 2:0 hesabı ilə qalib gəlib (bu barədə başqa xəbərdə daha ətraflı oxu).

DÇ-2014

Qrup mərhələsi

23-24 iyun

A qrupu

Kamerun - Braziliya 1:4

Qollar: Coel Matip, 26 - Neymar, 17; 35. Fred, 49. Fernandinyo, 84.

Kamerun: Çarles İtandje, Nikolas Nkolu, Anii Bedimo, Allan Romeo Nyom, Landri Nquemo, Stepan Mbia, Eyonq Enoh, Coel Matip, Benjamin Moukandyo (Edqar Salli, 58), Vinsent Abubakar (Pierre Vebo, 72), Çupo-Motinq (Jean Makoun, 81).

Ehtiyat oyunçular: Loyk Feudyu, Sammi Ndyok, Benoit Assou-Ekotto, Kedrik Ceque, Dani Nounkeu, Aurelien Çedyu, Samuel Eto`O, Fabrike Olinqa.

Baş məşqçi: Volker Finke.

Brazilya: Julio Sezar, Dani Alveş, Tyaqo Silva, David Luiz, Marselo, Paulinyo (Fernandinyo, 46), Oskar, Luiz Qustavo, Halk (Ramires, 63), Fred, Neymar (Villian, 71).

Ehtiyat oyunçular: Cefferson, Viktor Baqi, Dante, Maksvell Andrade, Henrike, Maykon, Hernanes, Bernard Duarte, Jo.

Baş məşqçi: Luis Felipe Skolari.

Sarı vərəqələr: Eyonq Enoh, 11. Edqar Salli, 76. Stepan Mbia, 80.

Hakimlər: Yonas Eriksson, Matias Klasenius, Daniel Varnmark (İsveç), Sven Oddvar Moen (Norveç).

Braziliya. "Estadio Nacional" stadionu.

Xorvatiya - Meksika 1:3

Qollar: İvan Perişiç, 87 - Rafael Markues, 72. Andres Quardado, 75. Xavyer Hernandes, 82.

Xorvatiya: Stip Pletikosa, Sime Vrsalko (Mateo Kovaçiç, 58), Daniel Pranyiç (Nikika Yelaviç, 74), Vedran Korluka, Deyan Lovren, Dario Srna, İvan Perişiç, İvan Rakitiç, Luka Modriç, Mario Mandzukiç, İvika Oliç (Ante Rebiç, 69).

Ehtiyat oyunçular: Oliver Zelenika, Daniel Subaşiç, Nordon Şkildenfeld, Domaqoy Vida, Oqnen Vukoyeviç, Marselo Brozoviç, Milan Badely, Sammir, Eduardo.

Baş məşqçi: Niko Kovaç.

Meksika: Guillermo Oçoa, Françisko Rodriges, Rafael Markues, Migel Layun, Hektor Moreno, Paul Aquilar, Hektor Herrera, Andres Quardado (Marko Fabian, 84), Jose Vazkues, Covani dos Santos (Xavyer Hernandes, 62), Oribe Peralta (Karlos Pena, 79).

Ehtiyat oyunçular: Jose Korona, Alfredo Talavera, Karlos Salkido, Dieqo Antonio Reyes, Migel Angel Ponse, İsaak Brizuela, Xavyer Aquyno, Raul Ximenes, Alan Pulido.

Baş məşqçi: Migel Herrera.

Sarı vərəqələr: İvan Rakitiç, 9 - Rafael Markues, 39. Jose Vazkues, 66.

Hakimlər: Ravşan İrmatov, Abdulhamidullo Rəsulov (Özbəkistan), Bahadır Koçxarov (Qırğızıstan), Neant Alioum (Kamerun).

Rekife. "Pernambuko Arena".

1

Braziliya

3

2

1

0

7:2

7

2

Meksika

3

2

1

0

4:1

7

3

Xorvatiya

3

1

0

2

6:6

3

4

Kamerun

3

0

0

3

1:9

0

Xəbər lenti

DAHA ÇOX XƏBƏR