• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Fransalı futbolçular qumara qurşanıb

  • İdman
  • 24 İyun 2014 10:05
  • 474 Baxış
Fransalı futbolçular qumara qurşanıb

Fransada 87 futbolçu ilə bağlı araşdırma aparılır.

Publika.az xəbər verir ki, Liqa 1 və Liqa 2 klublarında top qovan futbolçular mərc oyunlarında iştirak edib.

Fransa Peşəkar Futbol Liqasının (LFP) prezidenti Frederik Tiries qurumun rəsmi saytına açıqlamasında 87 futbolçunun ötən il oyunlara pul qoyuluşu etdiyini bildirib. Prezident qeyd edib ki, həmin oyunçular buna görə İntizam Komitəsinə veriləcək. Futbolçuların adları gizli saxlanılır. Onların alqı-satqısında iştirak etmədiyi də bildirilir.

Fransanın "Le Figaro" qəzeti isə yazır ki, həmin futbolçular ölkə və dünya səviyyəsində tanınmış ulduzlar deyil. Onlardan 14-ü ildə cəmi 500 avroluq pul qoyuluşu edib. Bu futbolçularla bağlı qərar iyulun 17-də veriləcək.

Qeyd edək ki, Fransa Futbol Federasiyasının qaydalarına əsasən, futbolçuların mərc oyunlarında iştirakı qadağandır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR