Uruqvay – İtaliya, Suares – Balotelli qarşıdurması
Bizi izləyin

İdman

Uruqvay – İtaliya, Suares – Balotelli qarşıdurması

Uruqvay - İtaliya, Suares – Balotelli qarşıdurması

Braziliyada keçirilən dünya çempionatında 3-cü turun oyunları davam edir.

Publika.az xəbər verir ki, artıq 1/8 finalda qarşılaşacaq 2 cütlük məlumdu. Bu mərhələdə Braziliya – Çili, Hollandiya – Meksika qarşılaşmaları baş tutacaq.

A qrupunun birincisi Braziliya B qrupunun ikincisi Çili ilə münasibətlərinə iyunun 28-də Belo Horizontedəki "Estadio Mineyro" stadionunda aydınlıq gətirəck.

B qrupunun lideri Hollandiya isə A qrupunda ikinci pilləni tutmuş Meksik ilə iyunun 29-da Fortalezadakı "Estadio Kastelo" stadionunda qarşılaşacaq.

Bu gün C və D qruplarında 3-cü tura yekun vurulacaq.

Saat 21.00-da İtaliya – Uruqvay və Kosta-Rika – İngiltərə meydana çıxacaq.

Saat 01.00-da isə Yaponiya – Kolumbiya, Yunanıstan – Kot-d'İvuar görüşləri baş tutacaq.

Qeyd edək ki, Kolumbiya və Kosta-Rika 1/8 finala vəsiqəni təmin edib.

D qrupu

21.00 İtaliya – Uruqvay

21.00 Kosta-Rika – İngiltərə

C qrupu

01.00 Yaponiya – Kolumbiya

01.00 Yunanıstan - Kot-d'İvuar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm