İdman
Messinin 33 milyonunu əlindən aldılar
Argentina yığmasının və “Barselona” komandasının hücumçusu Lionel Messi İspaniyanın dövlət xəzinəsinə 32,9 milyon avro ödəyəcək.
Publika.az xəbər verir ki, ötən il Messi və onun atası Xorxe 2007-2009-cu illərdə 4,1 milyon avro məbləğində vergi ödəməkdən yayınmaqda ittiham ediliblər. Həmin ilin avqust ayında onlar təqribən 5 milyon avro ödəyiblər. Messi bundan əlavə, həmin məbləğin 65 faizi həcmində (2,7 milyon avro) cərimə ödəməlidir.
Vergi orqanları ilə əldə edilmiş razılaşmaya əsasən, argentinalı futbolçu 2010-2012-ci illərdə onun tərəfindən yol verilmiş pozuntulara görə, qarşıdakı 5 il müddətində daha 25 milyon avro ödəyəcək.
Futbolçu vergi pozuntularına yol verməsini bilmədiyini söyləyib. Məhkəmə bunu nəzərə alaraq, keçən həftə Messinin cinayət məsuliyyətindən azad edilməsi barədə qətnamə çıxarıb.
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı