Şumaxerin tibbi kartı oğurlandı və satışa çıxarıldı
Bizi izləyin

İdman

Şumaxerin tibbi kartı oğurlandı və satışa çıxarıldı

Şumaxerin tibbi kartı oğurlandı və satışa çıxarıldı

Xizək sürərkən qəzaya düşən və təxminən 6 ay komada qalan “Formula 1” əfsanəsi Mixael Şumaxerin tibbi kartı oğurlanıb.

Publika.az xəbər verir ki, pilotun tibbi kartını oğurlayanlar onu satışa çıxardıqlarını bildiriblər.

Şumaxerin meneceri Sabine Kim kartın oğurlandığını təsdiqləyib:

“Kart bir neçə gündür ki, oğurlanıb. Onu satışa çıxaranlar iddia edirlər ki, orda Şumaxerin tibbi faylı yerləşdirilib. Satışa çıxarılan sənədlərin həqiqiliyini təsdiq edə bilmərəm. Ancaq onu qeyd edə bilərəm ki, kart həqiqətən də oğurlanıb. Onu satışa çıxaranlara xəbərdarlıq edirəm ki, ordakı məlumatları ictimaiyyətə açıqlamaq olmaz. Bu, kriminal xarakter daşıyacaq. İstənilən şəxsin tibbi kartındakı məlumat şəxsi məsələdi. Bunu geniş ictimaiyyətə açıqlamaq olmaz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm