“Qəbələ” sifariş ərizəsini UEFA-ya göndərdi
Bizi izləyin

İdman

“Qəbələ” sifariş ərizəsini UEFA-ya göndərdi

“Qəbələ” sifariş ərizəsini UEFA-ya göndərdi

Bu mövsüm Avroliqada mübarizə aparacaq "Qəbələ" sifariş ərizəsini UEFA-ya göndərib.

Publika.az xəbər verir ki, siyahıda 16 futbolçunun adı yer alıb. “Qəbələ” mübarizəyə qoşulana qədər daha bir neçə futbolçunun adını sifariş edə bilər.

Qeyd edək ki, “Qəbələ”nin iştirak ərizəsində Ruslan Abışovun da adı var. Bu isə o deməkdir ki, onun transferinin rəsmiləşməsi məsələsində heç bir problem qalmayıb. Əlavə edək ki, sifariş ərizəsində Rail Məlikovun adının olmaması diqqət çəkib.

İlkin siyahıda bu futbolçularının adı yer alıb:

Urfan Abbasov, Ruslan Abışov, Kamran Ağayev, Elnur Allahverdiyev, Ruslan Əmircanov, Andrey Cristea, Rafael Alves Dos Santos, Nizami Hacıyev,Luiz Paulo Hilario, Volodimir Levin, Viktor Mendi, Anar Nəzirov, Kristian Pulhak, Adrian Ropotan, Ruslan Tağızadə, Müşfiq Teymurov

Qeyd edək ki, “Qəbələ” Avroliqada "Şiroki Briyeq" (Bosniya və Hersoqovina) ilə ilk matıç iyulun 3-də Azərbaycanda keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm