Neymar qalmaqalında “Barselona”nı “Real” satıb?
Bizi izləyin

İdman

Neymar qalmaqalında “Barselona”nı “Real” satıb?

Neymar qalmaqalında “Barselona”nı “Real” satıb?

“Barselona”da böyük çaxnaşmalara səbəb olan Neymarin transfer məsələsi ilə bağlı hər gün yeni iddialar ortaya çıxır.

Publika.az xəbər verir ki, “sambaçı”nın keçidinin məhkəmə tərəfindən araşdırılmasında katalonların əzəli rəqibi Madrid “Real”ının da əli olduğu bildirilir.

Qeyd edək ki, “Kral Klubu” da Neymarı heyətə qatmağa çalışsa da, buna nail olmamışdı. Buna görə də, "Real"ın qisas aldığı bildirilir.

Yayılan iddialara görə, “Barselona”nın Neymarın transferində saxtakarlıq etdiyini başqa şəxslər vasitəsilə mətbauta məhz “Real” rəhbərliyi sızdırıb.

Hazırda məsələ ilə bağlı araşdırma davam edir. Xatırladaq ki, “Barselona”nın prezidenti məhz bu qalmaqal ucbatından istefa vermişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm