
Bu gün dünya futbolunun ulduzu Leonel Messinin doğum günüdür.
Publika.az xəbər verir ki, argentinalı futbolçunun 27 yaşı tamam olur. Hazırda Braziliyada keçirilən dünya çempionatında çıxış edən futbolçu üçün “Adidas” firması unikal hədiyyə hazırlayıb. Firma Messi üçün yeni orijinal buts istehsal edib.
Cəmisi 27 cüt hazırlanan butslar Messinin özü tərəfindən imzalanacaq və tvitterdə satışa çıxarılacaq.