• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Onu ölən qardaşının yanına buraxmayıblar

  • İdman
  • 24 İyun 2014 17:18
  • 466 Baxış
Onu  ölən qardaşının yanına buraxmayıblar

Fildişi Sahili yığmasının yarımmüdafiəçisi Yaya Ture ötən həftə vəfat etmiş qardaşına baş çəkə bilmədiyi üçün özünü günahlandırıb.

Publika.az xəbər verir ki, Ture ailəsində faciə Fildişi Sahili Kolumbiya ilə qarşılaşan gün baş verib. İbrahim Ture uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Yaya deyib: “Dünya çempionatına hazırlıq mərhələsinə 4-5 gün qalmış onun yanında qalmaq istədim. Lakin “Mançester Siti” mənə icazə vermədi. Xəstə qardaşımın yanında olmaqdansa, çempionluğu qeyd eləmək üçün Əbu-Dabiyə uçmalı oldum.

“Siti” rəhbərliyi qardaşımın ağır xəstə olduğunu bilirdi və mənim əziyyət çəkdiyimi görürdü. İdmanda mənim uğurlarım çox olub, lakin evdə yaxın adamıma kömək edə bilmədim”.

Bu gün Ture Fildişi Sahilinin heyətində Yunanıstanla həlledici oyuna çıxacaq.

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR